Ramazan Ayi
April 13, 2021

Ramazan Ayının Birinci Gecəsinin Əməlləri

1.Aya baxmaq

2.Ayı gördükdə üzünü qibləyə çevirib əllərini göyə qaldırıb,aya xitab edərək desin:

«Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Allahummə əhilləhu əleyna bil-əmni vəl iman vəs-səlaməti vəl-islam vəl musarə’əti ila ma tuhibbu və tərza. Allahummə barik ləna fi şəhrina haza vərzuqna xeyrəhu və aunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəhu»

(Mənim və sənin rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, əmniyyət və imanla, salamatlıqla, İslamla və sənin sevib razı olduğun işlərə tələsməklə bu ayı bizlərə yeniləşdir. İlahi, bu ayımızı bizlər üçün bərəkətli edib, onun xeyri və köməyini bizlərə nəsib et və onun ziyan, şərr, bəla və fitnəsini bizlərdən uzaqlaşdır.)

رَبّي وَرَبُّكَ اللهُ رَبُّ الْعالَمينَ، اَللّـهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالاَْمْنِ وَالاِيمانِ، وَالسَّلامَةِ وَالاِسْلامِ، وَالْمُسارَعَةِ اِلى ما تُحِبُّ وَتَرْضى، اَللّـهُمَّ بارِكْ لَنا في شَهْرِنا هذا، وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ، وَاصْرِفْ عَنّا ضُرَّهُ وَشَرَّهُ وَبلاءَهُ وَفِتْنَتَهُ .

Rəsuli Əkrəmin ayı gördükdə oxuduğu dua

Allahummə əhhilhu ələyna bil əmni vəl iman vəs səlamətə vəl islam vəl ... fihi hətta yənqəziyə ənna şəhru rəməzan və qəd əfəutə ənna və qəfərtə ləna və rəhmətina

اَللّـهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالاَْمْنِ والاِيمانِ، وَالسَّلامَةِ وَالاِسْلامِ، وَالْعافِيَةِ الُْمجَلَّلَةِ وَدِفاعِ الاَسْقامِ، وَالْعَوْنِ َعَلَى الصَّلاةِ وَالصِّيامِ وَالْقِيامِ وَتِلاوَةِ الْقُرآنِ، اَللّـهُمَّ سَلَّمْنا لِشَهْرِ رَمَضانَ وَتَسَلِّمْهُ مِّنا، وَسَلِّمْنا فيهِ حَتّى يَنْقَضِيَ عَنّا شَهْرُ رَمَضانَ وَقَدْ عَفَوْتَ عَنّا وَغَفَرْتَ لَنا وَرَحِمْتَنا .

İmam Sadiq (ə)-dan olan rəvayətə görə ayı görəndə de

اَللّـهُمَّ قَدْ حَضَرَ شَهْرُ رَمَضانَ، وَقَدِ افْتَرَضْتَ عَلَيْنا صِيامَهُ، وَاَنْزَلْتَ فيهِ الْقُرآنَ هُدىً لِلنّاسِ وَبَيِّنات مِنَ الْهُدى وَالْفُرْقانِ، اَللّـهُمَّ اَعِنّا عَلى صِيامِهِ وَتَقَبَّلْهُ مِنّا، وَسَلِّمْنا فيهِ، وَسَلِّمْنا مِنْهُ وَسَلَّْمُهَ لَنا في يُسْر مِنَكَ وَعافِيَة اِنَّكَ عَلى كُلِّ شَيْء قَديرٌ، يا رَحْمنُ يا رَحيمُ

3. Öz halalı ilə mücamiət (yaxınlıq).(Mücamiət Mübarək Ramazan ayının xüsusiyyətlərindəndir.Başqa aylarda belə deyil)

4. Mübarək Ramazan ayının birinci gecəsinin qüslunu etmək

5. Axar suda qüsl etsin.Gələn Ramazan ayına qədər mənəvi təharətdə qalmaq üçün,30 ovuc su başına töksün.

6.İmam Huseynin (ə) qəbrini ziyarət etsin.Əgər ziyarət edərsə günahları bağışlanar,həcc və ümrə həcclərinin savabını aparar.

7.Bu gecədən etibarən 1000 rəkətlik namazı qılmağa başlasın.

8.Bu gecə 2 rəkət namaz qılıb,hər bir rəkətdə həmd və ənam surələrini oxuyub Allah təaladan onu kifayət etməyini və həmçinin qorxduğu bəlalardan saxlamağını diləsin.

9.Əllahummə innə haza şəhrul-mübarək duasını oxumaq

Mənbə: Məfatihul Cinan