May 20, 2021

Bəqi olmadan Həcc naqisdir.

📌 Bəqi olmadan və o dörd (İmamın (əleyhimussəlam)) qəbri qarşısında hörmət etmədən olunan Həcc naqisdir.

⚫ "Gərək Bəqidə necə əzəmətli şəxslərin yatdığını bilək. Şeyx Səduqun (Allah ondan razı olsun) altıncı imam, İmam Cəfər Sadiqdən (əleyhissalam) nəql etdiyi bu rəvayətdə imam buyurur: "Əgər sizlərdən biri həcc ziyarətinə getsə, onu (Həccini) bizi ziyarət etməklə tamamlasın. Nə zaman sizlərdən biri Həcc ziyarətinə getsə, Həccini bizim qəbirlərimizi ziyarət etməklə tamamlasın". Əgər İmam (əleyhissalam) danışarkən cümlədə təkid forması işlədirsə, gərək diqqət əhli bu cümlədə gizlənən həmin o mühüm işi anlamaq üçün düşünsünlər. Bu cümlədə təkid və əmri bildirən "lam" hərfi işlədilmişdir. Fəlyəxtim - "Tamamlasın". Burada məsələ İmamın (əleyhissalam) əmr etməsi məsələsidir. Amma (qəbirlərinin) ziyarət olunmasının Həccə (ziyarətinə) olan nisbətinə gəlincə, qəbirlərinin ziyarəti həccin bir hissəsidir. Deməli nəticə bu olacaq ki, bu əmrlə təkid olunan bu hissə, yəni (qəbirlərinin) ziyarəti olmadan Həcc ziyarəti tamam olmayacaqdır. Çünki Həccin tamamlanması Bəqi İmamlarının (əleyhimussəlam) ziyarət edilməsi ilə olur. Bu əmr vasitəsilə gərək Bəqidə yatan İmamların (əleyhimussəlam) əzəmətləri dərk olunsun. "Əgər sizlərdən biri Həcc ziyarətinə getsə, onu (Həccini) bizi ziyarət etməklə tamamlasın". Sonra təkid bildirən "lam" ilə səbəbini söyləyir: "Çünki bizim ziyarətimiz Həcci tamamlayandır". Yəni, bizim ziyarətimiz Allah evinə Həccə getməyi kamilləşdirir. Nəticə bu olacaq ki, Bəqi olmadan və o dörd (İmamın (əleyhimussəlam)) qəbri qarşısında hörmət etmədən olunan Həcc naqisdir. Və naqis olan da heç vaxt səmərə verməz və onda fayda yoxdur."

Ayətullah Şeyx Vəhid Xorasani

T.me/El_Mulkulilleh