Mübarək Ramazan ayının 15-ci günün duası
Ramazan ayı təqvimi və gündəlik duaları
Bakıda sübh azanı saat 04:15-də, axşam azanı isə saat 19:47-dədir.
Ərəbce
اَللّـهُمَّ ارْزُقْني فيهِ طاعَةَ الْخاشِعينَ، وَاشْرَحْ فيهِ صَدْري بِاِنابَةِ الُمخْبِتينَ، بِاَمانِكَ يا اَمانَ الْخائِفينَ
Duanın oxunuşu: Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin.
Duanın tərcüməsi: İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən!
İFTAR DUASI
اَللّـهُمَّ كَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
15-ci gün - 4 rukət (1-ci rukətdə 1 Həmd, 100 İxlas, 2-ci rukətdə 1 Həmd, 50 İxlas)