ANAR ÜZEYİR OĞLU RZAYEV
Xocavənd əməliyyatı — 7 aprel 1997-ci ildə Azərbaycanın iki kəşfiyyat qrupunun xüsusi tapşırıqla Xocavənd rayonu ərazisinə göndərilməsi. Əməliyyatın məqsədi Ermənistan ordusunun Xocavənd rayonunda dislokasiya yerlərinin müəyyən edilməsi, düşmənin canlı qüvvəsi, malik olduğu döyüş texnikaları haqda məlumatların toplanması, hərbi eşelonlarında istehkam-mühəndis hazırlığının hansı vəziyyətdə olduğunun öyrənilməsi olub.
Düşmənin arxasına keçərək tapşırığı yerinə yetirən qruplardan birincisi itkisiz qayıdıb. Lakin əməliyyatın üçüncü günü səkkiz nəfərdən ibarət olan ikinci qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanıb. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alıb və təslim olmalarını tələb ediblər. Təslim haqqında təklif qrup döyüşçüləri tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayıb. Qrupun yeddi üzvü sursatları tükəndiyindən düşmənin əlinə keçməmək üçün özlərini əl qumbarası ilə partladıblar. Çavuş Aqil Əhmədov isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşüb. Erməni məhkəməsi Aqilə güllələnmə cəzası kəssə də, uzun sürən danışıqlardan sonra — 1999-cu ilin mart ayında onu dəyişmək mümkün olub.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşlərini erməni tərəfindən yalnız altı aydan sonra almaq mümkün olub. İki gün sonra onlar Bakıdakı İkinci Şəhidlər Xiyabanında dəfn olunublar. Onların hər biri Azərbaycan Prezidenti Heydər Əliyevin müvafiq fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif ediliblər.[1]
İki medal və «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunub.
Qrupun şəhid olmus kəsfiyyatcilarindan :
3.
ANAR ÜZEYİR OĞLU RZAYEV
3 iyul 1976-cı ildə Sumqayıt şəhərin- də anadan olub. 1982-ci ildə Sumqayıt- dakı 24 saylı məktəbdə 1-ci sinfə gedib. 1986cı ildə 28 saylı məktəbə keçib və həmin məktəbi 1993-cü ildə bitirib. 1993-cü ildə Bakıdakı kollecin mühasibat fakültəsində, 1994-cü ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sumqayıt şəhərində yerləşən filialının axşam şöbəsində təhsil alıb. 1995-ci ildə hərbi qulluğa gedib. Döyüş tapşırığını yerinə yetirərkən 10 aprel 1997-ci ildə şəhid olub. Ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.
https://az.wikipedia.org/wiki/Xocav%C9%99nd_%C9%99m%C9%99liyyat%C4%B1_(1997)