Süni İntellekt
April 2, 2025

ChatGPT artıq şəkil də yaradır – bu nə deməkdir?

OpenAI-nin yeni təqdim etdiyi GPT-4o modeli süni intellekt sahəsində növbəti maraqlı mərhələdir. Bu model artıq təkcə mətn yazmır, həm də vizual kontent – yəni şəkillər yarada bilir.

İstifadəçilər sadəcə bir neçə cümləlik təsvir yazaraq fantastik mənzərələrdən tutmuş portretlərə qədər fərqli üslublarda illüstrasiyalar əldə edirlər. Bu funksiyanın təqdim olunmasından sonra sosial şəbəkələrdə maraqlı nümunələr paylaşılmağa başladı və ChatGPT-yə maraq daha da artdı.

🎉 Ən maraqlısı isə odur ki, bu funksiya hətta ödənişsiz istifadəçilər üçün də əlçatandır. Sadəcə chat.openai.com-a daxil olun, GPT-4 seçin və şəkil yaratmağa başlayın.


👇 Məsələn, baxın bu şəkillər GPT-4o tərəfindən generasiya olunub:

Hər biri sadəcə 1-2 cümlə ilə yaradılıb.


Müəllimlər üçün bunun faydası nədir?

Bu alət, yaradıcı yanaşmanı sevən müəllimlər üçün əla vasitə ola bilər. Məsələn:

  • Mövzuları daha anlaşılan və yadda qalan etmək üçün dərs materiallarına vizual izahlar əlavə etmək;
  • Slayd və təqdimatlar üçün interaktiv elementlər hazırlamaq;
  • Şagirdlərlə yaradıcı tapşırıqlar üzərində işləmək – onların təsvir etmə və analiz bacarıqlarını inkişaf etdirmək üçün.

Əvvəllər dizayner və ya illüstrator dəstəyi lazım olan işləri indi sadəcə bir neçə kliklə əldə etmək mümkündür.


Nəticə

Bu cür texnologiyalar, əlbəttə, müəllimi əvəz etmir. Amma dərs prosesini daha rəngarəng və interaktiv etmək üçün kiçik, lakin faydalı köməkçi ola bilər.

💬 Siz də bu funksiyanı sınayın və yaratdığınız şəkilləri şərhlərdə bizimlə bölüşün! Görək kim nə qədər yaradıcıdır?! 😊