Köhnə binaların yeni həyatı
Tikinti layihələrinin ən vacib müasir tendensiyalarından biri çoxfunksiyalı layihələrin inkişafı və bina funksiyalarının düzgün vəhdəti və balansının axtarışıdır. Qarışıq istifadəli binalar dəyişən istehlakçı davranışının əksidir. Bu gün insanlar çalışdıqları yerin onlara istirahət, sağlamlıq, təhsil və digər gündəlik ehtiyacları üçün imkanlar verməsini istəyirlər.⠀ ⠀
Yeri gəlmişkən, bu gün çox dəbdə olan bir reallıqdır. Apple-ın dünya üzrə flaqman mağazalarında baş verənlərə baxaq - onlar artıq insanların alış-veriş etdikləri mağazalar deyil, ora insanların vaxt keçirmək, kofe içmək, mühazirə dinləmək üçün gəldikləri yerdir. Bu gün insanlar yeni təcrübə və təəssüratlar axtarırlar. Çünki artıq alış-verişin məkanı internetdir.⠀ ⠀
Ətraf mühitin incəsənət obyektləri, maraqlı tədbir proqramları, istirahət yerləri və məşhur restoranlarla zənginləşdirilməsi binanı təkcə şəhərdə gəzən vətəndaşlar üçün cəlbedici etmir. İnkişaf etmiş infrastrukturaya malik unikal bina həm də kommersiya baxımından cəlbedici obyektdir, işəgötürən üçün ən yaxşı kadrları cəlb etmək və öz statusunu nümayiş etdirmək üsuludur.⠀ ⠀
Gözəl nümunələrdən Mərkəzi Poçt və ya Teleqrafın binasıdır. Bakıda, Moskvada, Sayqonda (Ho Şi Min) və bir çox başqa şəhərlərdə belə binalar var. Mərkəzi poçt və ya teleqraf kimi zəngin keçmişi olan simvolik binalardakı ofislər çox prestijlidir. Bütün dünyada funksiyasını itirmiş teleqraf binaları bərpa edilərək müasir istifadəyə uyğunlaşdırılır - orda yüksək səviyyəli ofislər, lüks mənzillər, premium ticarət qalereyaları və butiklər açılır. Tarixi binalardakı daşınmaz əmlak indi yüksək qiymətləndirilir.
Bundan əlavə, Teleqraf binaları ənənəvi olaraq şəhərin mərkəzində, əsas nəqliyyat arteriyalarının kəsişməsində və görməli yerlərin yaxınlığında yerləşir. Şəhərin mərkəzindəki ofislər hər zaman aktualdır. Zənnimcə, bele yerlər şirkətlərin işçiləri üçün tapa biləcəyi ən yaxşı yerdir. Məsələn, Yandex şirkəti 99% istənilən yerdə işləyə bilən İT mütəxəssislərindən ibarətdir. Ancaq nədənsə, şirkət öz işçiləri üçün hələ də yalnız Moskvanın mərkəzində A sinifli biznes mərkəzlərini tutur. Beləliklə, şirkət insanlarına verdiyi dəyəri göstərir.
Belə binaların yenilənməsi nədən ibarətdir? Əvvəla, bu, yeni funksiyalara uyğunlaşan yenilənmədir. Bir çox şəhərlərdə Mərkəzi Teleqraf mədəni irs obyektidir, qoruma predmeti onun görünüşüdür: fasadlar, pəncərələr və s. Ən başlıcası, müxtəlif vaxtlarda istismar illərində yığılmış bütün təbəqələri çıxarmaq və fasadı orijinal görünüşünə qaytarmaqdır. Xüsusilə, kondisionerlərin çirkin bloklarını, məftilləri və memarlığa müxtəlif müdaxilələri aradan qaldırmaqdır. Fasad və əsas memarlıq detalları diqqətlə bərpa edilməlidir çünki tarixi irs bir dəyərdir.
Binanın içərisində müxtəlif kirayəçilər onu öz ehtiyaclarına uyğunlaşdırıb çox dəyişdirdiyindən vəziyyət daha acınacaqlı olur. Çoxumuz 90-cı illəri xatırlayırıq. Ən həcmli və çətin iş mühəndislik kommunikasiyalarının payına düşür. Təbii ki, XX əsrin əvvəllərində və ya ortalarında kondisioner və havanın təmizlənməsi məsələsi yox idi. Bugünkü reallıqlarda müasir mühəndis sistemləri olmadan yüksək keyfiyyətli bina əldə etmək mümkün deyil. Yenilənmə başa çatdıqda həm mədəni irs obyekti, həm də müasir tələblərə cavab verən bir bina ərsiyə gəlir.