GOOGLE DORKING
Bu yazıda sizlərə "dork" terminini izah edəcəm. Nəyə deyilir bu Dork?
- Ümumiyyətlə, hamımız Google-dan istifadə edirik. Axtarışlar edib maraqlandığımız hər hansı birşey haqqında məlumat toplaya bilirik.
- Məsələn populyar olan Tesla şirkəti haqqında axtarış etmək istəsək, çox sadə, axtarışa "tesla" yazırıq və Google bizə cavabları sıralayır.
Daha ətraflı məlumat toplamaq üçün isə Dork-lardan istifadə etmək lazımdır.
"Dork" atardığımız bir hədəf haqqında daha dəqiq və ona yönümlü cavablar almağımız üçün bir vasitədir. Qısaca "filter" deyə bilərik.
SITE :
site:"wikipedia.org"
- Yəni, sadəcə axtarışınız Vikipediyadan olacaq, gələn cavablar yalnız Vikipediya saytından gələcək. Məsələn :
site:"wikipedia.org" "kitab"
- Parametr "kitab"dır, deməli Google sadəcə bu axtarışın cavablarını Vikipediya saytından verəcək, alacağınız cavablar Vikipediyada dərc olunmuş kitab haqqında məqalələr olacaq.
- Və ya sadəcə istədiyimiz ölkənin saytlarını axtara bilərik, həmin ölkənin adının qısaltmasını yazaraq :
site:am
- Bu dork, bizə sadəcə ermənistanın saytlarını verəcək. Qısaltmanı dəyişib digər ölkələrdə də yoxlaya bilərsiniz.
INURL :
İkinci dorkumuz "inurl" dorkudur.
- Bu dork, əsasən "hacking" üçün istifadə olunur, daha çox URL tərkibinə diqqət edir. Yəni, dork ilə birlikdə verdiyimiz parametri, URL içində axtarmağımıza yarayır. Məsələn :
inurl:"php?id="
- Bu dorkun içindəki parametrlər URL içində .PHP saytının olmağını və onun hər hansı bir ID dəyərinə sahib olmağını göstərir.
- Yenə bayaqki kimi bu dorka da digər parametrlər verib, daha dəqiq cavablar ala bilərik. Misal üçün bu axtardığımız saytların sonluqlarını yazaraq, sadəcə o sonluğu olan saytları görə bilərik. com, gov, edu və s.
İKİ DORKU BİR ARADA İŞLƏTMƏK DƏ MÜMKÜNDÜR
Axtarışı daha da dəqiqləşdirmək istəsək, dorkları bir yerdə istifadə edə bilərik. Məsələn, filan ölkənin sadəcə müəyyən saytlarını axtarmaq istəyiriksə, onda :
inurl:"php.id?" site:olkeqisaltmasi
Kimi dorklar da istifadə edə bilərik :). Bu sadəcə nümunədir, digər dorkları da belə istifadə edə bilərsiniz.
INTEXT :
Digər dorkumuz "intext" dorkudur.
- Bu dork isə, adından da bəlli olduğu kimi, verəcəyimiz saytdaki "text"-lərdə axtarış etməyə yarayır. Məsələn :
intext:"yasil kitab" site:sayt.com
- Demək ki, bu dork verdiyimiz sayt.com saytındaki yazılarda yaşıl kitab sözünü axtaracaq, və varsa bizə cavab verəcək.
INTITLE :
Sonraki dork, "intitle" dorkudur.
intitle:"cyber security"
FILETYPE :
Bu dork, verəcəyimiz parametrlə axtarmaq istədiyimiz faylın tipinə uyğun faylları tapmağımıza kömək edir.
filetype:pdf cyber security
- Cyber Security ilə əlaqəli pdf-lər tapmaq istəsək, bu dorkdan istifadə edəcəyik.
- BONUS : Bunu digər bir yöndən, hər hansı bir yazıçının kitablarının pdf-lərini tapmaq üçün də istifadə edə bilərsiniz :)
=? OPERATORU
Bu operator, bizə solunda yazdığımız dəyərin, sağda yazdığımız dəyərlə müqayisəsini göstərəcək.
usd=?azn btc=?azn
Və s. Dorklar bununla limitli deyil, dork yazmaq öz xəyal gücünüzə qalır. Dorkları birlikdə işlədərək, daha dəqiq nəticələr ala bilərsiniz.