RAMAZAN AYININ 30-cu GÜNÜNÜN DUASI
Bakıda sübh azanı saat 03:51-də, axşam azanı isə saat 20:03-dədir.
اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ بِالشُّكْرِ وَ الْقَبُولِ عَلَى مَا تَرْضَاهُ وَ يَرْضَاهُ الرَّسُولُ مُحْكَمَةً فُرُوعُهُ بِالْأُصُولِ بِحَقِّ سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
Duanın oxunuşu: Əllahumməc`əl siyami fihi biş şukri vəl qəbul, əla ma tər-zahu və yərzahur rəsul, muh-kəmətən furuuhu bil usul, bihəqqi səyyidina Muhəmmədin və alihit tahirin, vəl həmdu lillahi rəbbil aləmin.
Duanın tərcüməsi: İlahi, ağamız Məhəmməd (s) və onun pak Əhli-beytinə xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!
İFTAR DUASI
للَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي
Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.
Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz
30-cu gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas və namazdan sonra 100 dəfə salavat.