Xanim Məsumənin mövludu
Bismilləh. Bu gün zilqədə ayının 1-i - Xanım Məsumənin (s.ə) doğulduğu gündür.
Xanımın əsl adı Fatimədir. İmam Sadiqin ( ə ) nəvəsi , İmam Museyi Kazımın (ə) qızı , İmam Rzanın ( ə ) bacısı və İmam Cavadın (ə) bibisidir. Ləqəbi Məsumədir. Kərimeyi Əhli Beyt ( ə.s ) kitabında nəqlə əsasən günah etmədiyi üçün bu ləqəbin verildiyi qeyd olunub. Bu ləqəbin qoyulması haqqında İmam Sadiqdən ( ə ) və İmam Rzadan (ə) rəvayət nəql olunmuşdur.
Xanım (s.ə) hicri 173-cü ildə zilqədə ayının 1-də Mədinədə dünyaya göz açdı. Uşaq ikən atası İmam Musa bin Cəfər (ə) Bağdad zindanında Abbasi xəlifəsi Harun Rəşidin (lən) əmri ilə qətlə yetirilmişdir. O zamandan qardaşı İmam Rzanın ( ə ) himayəsində böyümüşdü. Səfinətul Bihar c 8 , səh 257.
Xanımın (s.ə) digər ləqəbləri Tahirə , Həmidə , Bərra , Rəşidə, Təqiyyə, Nəqiyyə, Raziyyə, Mərziyyə, Seyyidə, Uxtur Rza. Ənvarul muşəşəyn c1 , səh 211.
7-ci əsrdə yaşamış sunni alimi İbn Cəvzi İmam Museyi Kazımın (ə) Fatimə adlı 4 qızı olduğunu qeyd edib. Bunlar:
1) Fatimeyi-Kubra
2) Fatimeyi-Suğra
3) Fatimeyi-Vusta
4) Fatimeyi-Uxra
1-ci Xanım elə Xanım Məsumədir (s.ə) ki , mübarək məzarı Qum şəhərindədir və ziyarətgaha çevrilib.
2-ci xanım Bibi Heybət adı ilə tanınır. Bakıda cənub girəcəkdə (Bayıl) yerləşir.
3-cü xanım İmam bacısı kimi tarixdə məşhurdur. İranın Rəşt şəhərində dəfn olunub. Və mübarək məzarı ziyarətgahdır.
4-cü xanım Sitti Fatimə ləqəbi ilə tanınır və İranın İsfahan şəhərində dəfn edilib. Biharul ənvar c 48 , səh 286 ,316 , 317.
Hicri 200 -cü ildə İmam Rza ( ə ) Xəlifə Məmunun (lən) təhdid və təkidi ilə tək Mərv şəhərinə getməli oldu. Xanım Məsumə (s.ə ) qardaşını görmək üçün bir müddət sonra bacı-qardaşları və bir dəstə qohumları ilə Xorasana yola düşdü. Keçdikləri məntəqələrdə şiələr hörmət və sevgi ilə qarşılayırdılar. Bibisi Xanım Zeynəb (s.ə) kimi qardaşının zülmə məruz qalmasını , Bəni Abbasın hiylələrini , sürgün etdirməsini insanlara çatdırırdı. Savə şəhərinə çatdıqda əvvəlcədən hazırlanmış bir dəstə məmur karvana hücum edib kişiləri qətlə yetirir. Bir rəvayətə görə Xanımı da zəhərləyirlər. Və Xorasana gediş mümkün olmur. Buna görə Xanım Məsumə (s.ə) Qum şəhərinə istiqaməti öyrənir və ora üz tutur. Hicri 201 -ci il rabiul əvvəl ayının 23-də Qum şəhərinə daxil olur. Camaat kəcavəsini əhatəyə alır. Sevinclə qarşılanır. Dəvəsinin cilovunu çəkən şəxs isə rəvayətə görə Əşəri qəbiləsinin rəisi Musa bin Xazrəc olur. Və o evdə qonaq olur.
Xanım Məsumə ( s.ə ) hicri 201-ci il rabius sani ayının 10 ya 12-də qardaşı İmam Rzanı (ə) görmədən bu həsrətlə vəfat edir və şiə aləmi əzaya bürünür. Xanımın ( s.ə ) cənazəsini Babulan adlı bağa aparırlar. Qəbir hazır olanda dəfnini kimin etməsi haqqına tərəddüd yaranır. Bu zaman qiblə tərəfdən üzü niqablı 2 atlının sürətlə yaxınlaşdığını görürlər. Onlar cənazə namazı qıldıqdan sonra biri məzarın içinə girir , digəri cənazəni ona verir. Dəfn bitdikdən sonra heç kimlə danışmadan həmin 2 şəxs çıxıb gedir. Kimlikləri bilinməsə də ehtimal edilir ki , bu şəxslər İmam Rza ( ə ) və oğlu İmam Cavad (ə) olubdur. Dəfn bitdikdən sonra Musa bin Xəzrəc mübarək məzarın üzərində həsirlə bir kölgəlik qurur. Biharul ənvar c 48, səh 290.
Xanım Məsumənin ( s.ə ) fəziləti haqqında rəvayətlər çoxdur. Biz yalnız bir neçəsinə toxunacıq.
قال الإمام الصادق(عليه السلام): «إنّ لله حرماً وهو مكّة، وإنّ للرسول(صلى الله عليه وآله) حرماً وهو المدينة، وإنّ لأمير المؤمنين(عليه السلام) حرماً وهو الكوفة، وإنّ لنا حرماً وهو بلدة قم، وستُدفن فيها امرأة من أولادي تُسمّى فاطمة، فمَن زارها وجبت له الجنّة
İmam Sadiq ( ə ) buyurur : Allahın hərəmi Məkkə , Rasulullahın ( s.ə.ə.v ) hərəmi Mədinə , İmam Əlinin ( ə ) hərəmi Kufədir.
Və bizim də hərəmimiz Qumdur. Tezliklə övladlarımdan olan Fatimə adlı qız nəvəm orada dəfn olacaq. Kim onu ziyarət edərsə behişt onun üçün vacib olar. Mustədrək c 10 , səh 368
Biharul-Ənvar c 57 , səh 216.
عن سعد بن سعد، عن أبي الحسن الرضا(عليه السلام) قال: سألته عن زيارة فاطمة بنت موسى(عليه السلام)، فقال: مَن زارها فله الجنّة»
İmam Rza ( ə ) Xanımın ziyarəti haqqında suala belə cavab buyurur : Hər kim Xanımı ziyarət edərsə cənnətə gedər. Uyuni Əxbari Rza c 2 , səh 267.
Kamiluz ziyarat səh 536.
قال الإمام الجواد(عليه السلام): «مَن زار قبر عمّتي بقم فله الجنّة»
İmam Cavad ( ə ) buyurur : Hər kim Qumda bibimin qəbrini ziyarət edərsə , cənnətə gedər. Kamiluz ziyarat səh 536.
Xanımın ( s.ə ) ziyarətnaməsi haqqında:
Əli ibni İbrahim atasından, o, da Səddən, Səd isə İmam Rizadan (əleyhissalam) nəql edir ki, Həzrət Əli ibni Musa (əleyhiməssalam) buyurmuşdur:
Ey Səd! Sizin (Qum camaatının) yanınızda bizə məxsus bir qəbir vardır.
Dedim, Sizə qurban olum, məqsədiniz İmam Musanın (ə) qızı Hz. Fatimənin (əs) qəbridir?
İmam Riza (ə) buyurdu:
Bəli. Haqqını bilib onu (Xanım Məsuməni) ziyarət edən şəxsə cənnət qismət olar. Onun qəbrinə yaxınlaşdıqda üzü qibləyə o həzrətin başı önündə dayan, 34 dəfə təkbir (Allahu Əkbər), 33 Sübhanəllah və 33 dəfə Əlhəmdulillah deyərək Allah Taalaya həmd etdikdən sonra de:
زیارتنامه حضرت فاطمه معصومه - سلام الله علیها
Əssəlamu əla Adəmə, Səfvətillah
السَّلامُ عَـلى آدَمَ صَـفْوَةِ اللهِ
Əssəlamu əla Nuhin, Nəbiyyillah
السَّلامُ عَلى نوُح نَبِىِّ اللهِ
Əssəlamu əla İbrahimə, Xəlilillah
السَّلامُ عَلى اِبْراهيمَ خَليلِ اللهِ
Əssəlamu əla Musa, Kəlimillah
السَّلامُ عَلى موُسى كَليمِ اللهِ
Əsəlamu əla İsa, Ruhillah
السَّلامُ عَلى عيِسىَ روُحِ اللهِ
Əssəlamu ələykə ya Rəsuləllah
السَّلامُ عَلَيْكَ يا رسول اللهِ
Əssəlamu ələykə ya Xəyrə xəlqillah
السَّلامُ عَلَيْكَ يا خَيْرَ خَلْقَ اللهِ
Əssəlamu ələykə ya Səfiyyəllah
السَّلامُ عَلَيْكَ يا صَفِىَّ اللهِ
Əssəlamu ələykə ya Muhəmmədəbnə Əbdillahi, Xatəmən-nəbiyyin
السَّلامُ عَلَيْكَ يا مُحَمّدَ بْنَ عَبْدِ اللهِ خاتَمَ النَّبِيّينَ
Əssəlamu ələykə ya Əmirəl-mu’minin, Əliyyəbnə Əbi Talib, vəsiyyə Rəsulillah
السَّلامُ عَلَيْكَ يا اَميرَ الْمُؤْمِنينَ عَلىَّ بْنَ اَبى طالِب وَصِىَّ رَسوُلِ اللهِ
Əssəlamu ələyki ya Fatimə, Səyyidətə-nisail-aləmin
السَّلامُ عَلَيْكِ يا فاطِمَةُ سَيِّدَةَ نِساءِ الْعالَمينَ
Əssəlamu ələykuma ya Sibtəy-nəbiyyir-rəhməti və Səyyidəy-şəbabi əhlil-cənnəh
السَّلامُ عَلَيْكُما يا سِبْطَىْ نَبِىِّ الرَّحْمَةِ وَ سَيِّدَىْ شَبابِ أَهْلِ الْجَنَّةِ
Əssəlamu ələykə ya Əliyyəbnəl-Husəyn, Səyyidəl-abidinə və Qurrətə əynin-nazirin
السَّلامُ عَلَيْكَ يا عَلِىَّ بْنَ الْحُسَيْنِ سَيِّدَ الْعابِدينَ وَ قُرَّةَ عَيْنِ النّاظِرِينَ
Əssəlamu ələykə ya Muhəmmədəbnə Əli, Baqirəl-ilmi bə’dən-Nəbiyy
السَّلامُ عَلَيْكَ يا مُحَمَّدَ بْنَ عَلِىٍّ باقِرَ الْعِلْمِ بَعْدَ النَّبِىِّ
Əssəlamu ələykə ya Cə’fərəbnə Muhəmməd, əs-Sadiq-əl-Barr-əl-Əmin
السَّلامُ عَلَيْكَ يا جَعْفَرَ بْنَ مُحَمَّد الصّادِقَ الْبارَّ الْامينَ
Əssəlamu ələykə ya Musəbnə Cə’fə, ət-Tahir-ət-Tuhr
السَّلامُ عَلَيْكَ يا موُسَى بْنَ جَعْفَر الّطّاهِرَ الطُّهْرَ
Əssəlamu ələykə ya Əliyyəbnə Musa, ər-Riza-əl-Murtəza
السَّلامُ عَلَيْكَ يا عَلِىِّ بْنَ موُسَى الرِّضَا الْمُرْتَضى
Əssəlamu ələykə ya Muhəmmədnə Əli, ət-Təqiyy
السَّلامُ عَلَيْكَ يا مُحَمَّدَ بْنَ عَلِى التَّقِىَّ
Əssəlamu ələykə ya Əliyyəbnə Muhəmməd, ən-Nəqiyy-ən-Nasih-əl-Əmin
السَّلامُ عَلَيْكَ يا عَلِىِّ بْنَ مُحَمَّد النَّقِىَّ النّاصِحَ الْأَمينَ
Əssəlamu ələykə ya Həsənəbnə Əliyy
السَّلامُ عَلَيْكَ يا حَسَنَ بْنَ عَلِىٍّ
Əssəlamu ələl-Vəsiyyi min bə’dih
السَّلامُ عَلَى الْوَصِىِّ مِنْ بَعْدِه
Əllahummə səlli əla nurikə və siracikə və vəliyyi vəliyyikə və vəsiyyi vəsiyyikə və huccətikə əla xəlqikə
اَللّهُمَّ صَلِّ عَلى نُورِكَ وَ سِراجِكَ وَ وَلِىِّ وَلِيِّكَ وَ وَصِىِّ وَصِيِّكَ وَ حُجَّتِكَ عَلى خَلْقِكَ
Əssəlamu ələyki ya bintə Rəsulillah
السَّلامُ عَلَيْكِ يا بِنْتَ رَسوُلِ اللّه
Əssəlamu ələyki ya bintə Fatimətə və Xədicə
السَّلامُ عَلَيْكِ يا بِنْتَ فاطِمَةَ وَ خَديجَةَ
Əssəlamu ələyki ya bintə Əmiril-mu’minin
السَّلامُ عَلَيْكِ يا بِنْتَ اَميرِ الْمُؤْمِنينَ
Əssəlamu-ələyki ya bintəl-Həsəni vəl-Husəyn
السَّلامُ عَلَيْكِ يا بِنْتَ الْحَسَنِ وَ الْحُسَيْنِ
Əssəlamu ələyki ya bintə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا بِنْتَ وَلِىِّ اللهِ
Əssəlamu ələyki ya uxtə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا اُخْتَ وَلِىِّ اللهِ
Əssəlamu ələyki ya əmmətə Vəliyyillah
السَّلامُ عَلَيْكِ يا عَمَّةَ وَلِىِّ اللهِ
Əssəlamu ələyki ya bintə Musəbni Cə’fər, və rəhmətullahi və bərəkatuh
السَّلامُ عَلَيْكِ يا بِنْتَ موُسَى بْنِ جَعْفَر وَ رَحْمَةُ اللهِ وَ بَرَكاتُهُ
Əssəlamu ələyki ərrəfəllahu bəynəna və bəynəkum fil-cənnəti və həşərəna fi zumrətikum və əvrədəna həvzə Nəbiyyukum və səqana bikə’si cəddikum min yədi Əliyyibni Əbi Talib, sələvatullahi ələykum
السَّلامُ عَلَيْك ِعَرَّفَ اللّهُ بَيْنَنا وَ بَيْنَكُمْ فِى الْجَنَّة ِوَ حَشَرَنا فى زُمْرَتِكُمْ وَ أَوَرَدْنا حَوْضَ نَبِيِّكُمْ وَ سَقانا بِكَأْسِ جَدِّكُمْ مِنْ يَد عَلِى ِّ بْنِ اَبى طالِب صَلَواتُ اللّه عَلَيْكُمْ
Əs’əlullahə ən yuriyəna fikumus-sururə vəl-fərəc, və ən yəcməəna və iyyakum fi zumrəti cəddikum Muhəmməd, səlləllahu ələyhi və alih, və ən la yəslubəna mə’rifətəkum, innəhu Vəliyyun Qədir
أَسْئَلُ اللّه أَنْ يُرِيَنا فيكُمُ السُّروُرَ وَ الْفَرَجَ وَ أَنْ يَجْمَعَنا وَ إِيّاكُمْ فى زُمْرَةِ جَدِّكُمْ مُحَمَّد صَلَّى اللّهُ عَلَيْهِ وَ آلِه ِوَ أَنْ لا يَسْلُبَنا مَعْرفَتَكُمْ إِنَّهُ وَلِىِّ قَديرٌ
Ətəqərrəbu iləllahi bihubbikum vəl-bəraəti min ə’daikum, vəttəslimi iləllahi raziyən bihi ğəyrə munkirin və la mustəkbirin, və ’əla yəqini ma əta bihi Muhəmmədun və bihi razin, nətlubu bizalikə vəchəkə ya Səyyidi!
أَتَقَرَّبُ إِلَى اللهِ بِحُبِّكُمْ وَ الْبَرإَةِ مِنْ أَعْدائِكُمْ وَ التَّسْلِيمِ إِلَى اللّه رَاضِياً بِهِ غَيْرَ مُنْكِر وَ لا مُسْتَكْبِرٍ وَ عَلى يَقينِ ما أَتى بِهِ مَحَمَّدٌ وَ بِهَ راض نَطْلُبُ بِذلِكَ وَجْهِكَ يا سَيِّدى
Əllahummə və rizakə vəd-darəl-axirəh
اَللّهُمَّ وَ رِضاكَ وَ الدّارَ الْآخِرَةِ
Ya Fatimətuşfəi li fil-cənnəti, fəinnə ləki indəllahi şə’nən minəş-şə’n
يا فاطِمَةُ اِشْفَعى لى فِى الْجَنَّةِ فَاِنَّ لَكِ عِنْدَاللهِ شَأْناً مِنَ الشَّأْنِ
Əllahummə inni əs’əlukə ən təxtimə li bis-səadəti, fəla təslub minni ma ənə fihi və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim
اَللّْهُمّ اِنّى اَسْئَلُكَ أَنْ تَخْتِمَ لى بِالسَّعادَةِ فَلا تَسْلُبْ مِنّىِ ما أَنَا فيهِ وَ لا حُولَ وَ لا قُوَّةَ إِلاّ بالّله الْعَلِىِّ الْعَظيمِ
Əllahumməstəcib ləna və təqəbbəlhu bikərəmikə və izzətikə və birəhmətikə və afiyətik
اَللّهُمَ اسْتَجِبْ لَنا وَ تَقَبَّلْهُ بِكَرَمِكَ وَ عِزَّتِكَ وَ بِرَحْمَتِكَ وَ عافِيَتَكَ
Və səlləllahu ’əla Muhəmmədin və alihi əcməinə və səlləmə təslima
وَ صَلَّى اللهُ عَلى مُحَمَّدٍ وَ آلِهِ أَجْمَعينَ وَ سَلَّمَ تَسْليما
Ya Ərhəmər-Rahimin
يا أَرْحَمَ الرّاحِمينَ
ZİYARƏTNAMƏNİN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏSİ
Salam olsun Allahın seçilmişi Adəmə!
Salam olsun Allahın nəbisi Nuha!
Salam olsun Allahın dostu İbrahimə!
Salam olsun Allahın həmsöhbəti Musaya!
Salam olsun Allahın ruhu İsaya!
Salam olsun sənə, ey Allahın Rəsulu!
Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi!
Salam olsun sənə, ey Allahın seçilmişi!
Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Abdullah oğlu Mühəmməd!
Salam olsun sənə, ey Rəsulallahın vəsisi, Əbu Talibin oğlu Əmirəl-möminin Əli!
Salam olsun sənə, ey aləmlərdə xanımlar Xanımı, Fatimə!
Salam olsun sizə, ey Mərhəmətli Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (Ey Həsən və ey Hüseyn)!
Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Hüseyn oğlu Əli!
Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Əli oğlu Mühəmməd!
Salam olsun sənə, ey gözəl əmanətdar, sədaqət təcəllisi Mühəmməd oğlu Cəfər!
Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Cəfər oğlu Musa!
Salam olsun sənə, ey Tanrıdan razı və Tanrısı ondan razı Musa oğlu Əli!
Salam olsun sənə, ey təqva sahibi Əli oğlu Mühəmməd!
Salam olsun sənə, ey pak, xeyirxah, əmanətdar Mühəmməd oğlu Əli!
Salam olsun sənə, ey Əli oğlu Həsən!
Salam olsun ondan sonrakı Vəsiyə (İmama)!
İlahi, Öz salavatını Öz nuruna və (hidayət) çırağına, Öz vəliyyinin vəlisinə, Öz Vəsiyyinin vəsisinə və Öz bəndələrinin arasında olan höccətinə göndər!
Salam olsun sənə, ey Allah Rəsulunun qızı!
Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı!
Salam olsun sənə, ey Əmirəl-mömininin qızı!
Salam olsun sənə, ey Həsən və Hüseynin qızı!
Salam olsun sənə, ey Allah vəlisinin qızı!
Salam olsun sənə, ey Allah vəlisinin bacısı!
Salam olsun sənə, ey Allah vəlisinin bibisi!
Salam olsun sənə, ey Cəfər oğlu Musanın qızı! Allahın rəhməti və bərəkəti olsun sənə!
Salam olsun sənə, Allah Cənnətdə bizi sizə tanıtsın və bizi sizin zümrədə məhşur etsin, Peyğəmbərimizin (s) hovuzuna (Kövsərə) daxil etsin və Cəddinizin camları ilə Əli ibni Əbu Talibin əli ilə sirab etsin. Allahın salavatı olsun sizə.
Allahdan istəyirəm ki, siz Əhli-beytin sevinc və fərəcini (işlərinizdə düyünlərin açılmasını) bizə göstərsin, bizi və sizi babanız Hz. Mühəmmədin (s) zümrəsində cəm etsin, sizin mərifətinizi bizdən almasın. Həqiqətən, o bizim ixtiyar sahibimiz və hər şeyə qadirdir.
Mən sizə məhəbbət bəsləmək və düşmənlərinizdən uzaqlaşıb onlara nifrət etməklə, Allaha yaxınlaşıram, eləcə də Allaha təslim olub, Ondan razı qalmaqla, heç nəyi inkar etməyib heç bir vaxt təkəbbür göstərmədən həzrət Mühəmmədin (s) gətirdiklərinə yəqin edib Onunla razılaşmaqla.
Ey mənim mövlam, böyüyüm, mən bunlarla Sənin görüşünü, razılığını və axirət diləyirəm.
Ey Fatimə, mənim behiştə getməyim üçün Allah yanında vasitəçilik et, çünki Allah yanında məqamlar içində sənin məxsus məqamın vardır.
İlahi, Səndən xoşbəxt sonluq diləyirəm və məni tutduğum yoldan ayırma.
Uca mərtəbəli və əzəmətli Allahdan qeyrisi üçün heç bir qüvvə, qüdrət yoxdur.
İlahi, Öz kərəmin, izzətin, rəhmətin və afiyətinə xatir istəklərimizi müstəcab və qəbul et, Mühəmməd (s) və onun bütün Əhli-beytinə salam və salavat göndər.
Ey Mərhəmətlilər Mərhəmətlisi!
Biharul ənvar c 99 , səh 266.
www.al-shia.org/html/ara/others/?mod=monasebat&id=218
Allahım Muhəmməd və Ali Muhəmmədə Salam və salavat göndər. Allahım onların düşmənlərinə lənət et. Allahım bu mübarək ziyarəti bizlərə nəsib et. Allahım bu mübarək gündə bizləri bağışlananlardan qərar ver.
اللهمّ صلِّ على محمّد وآل محمّد و عجل فرجهم و اللعنة دائمة على أعدائهم أجمعين.
Hörmətlə Bəşir Badkubei