June 11, 2021

Zil-Qədə Ayı Əlamətdar Günləri

Bismillah. Zil Qədə ayında bazar gününün əfzəl əməli.

٧٠٧٨ / ٣٦ ـ السيد علي بن طاووس في الإِقبال : عن خط الشيخ علي بن يحيى الخياط وغيره ، عن أحمد بن عبد الله ، عن منصور بن عبد الحميد ، عن أبي أُمامة ، عن أنس بن مالك ، قال : خرج رسول الله ( صلى الله عليه وآله ) ، يوم الأحد في شهر ذي القعدة ، فقال : أيها الناس ، من كان منكم يريد التوبة؟ ) قلنا : كلّنا نريد التوبة يا رسول الله ، فقال ( صلى الله عليه وآله ) : ( اغتسلوا وتوضأوا ، وصلوا أربع ركعات ، واقرؤوا في كل ركعة : فاتحة الكتاب مرة ، وقل هو الله أحد ثلاث مرات ، والمعوذتين مرة ، ثم استغفروا سبعين مرة ، ثم اختموا بلا حول ولا قوة إلّا بالله العلي العظيم ، ثم قولوا : يا عزيز يا غفار ، اغفر لي ذنوبي ، وذنوب جميع المؤمنين والمؤمنات ، فإنه لا يغفر الذنوب إلّا أنت ـ ثم قال ـ ما من عبد من أُمتي ، فعل هذا ، إلّا نودي من السماء ، يا عبد الله استأنف العمل ، فإنك مقبول التوبة ، مغفور الذنب ، وينادي ملك من تحت العرش : أيها العبد ، بورك عليك ، وعلى أهلك وذريتك ، وينادي مناد آخر : أيها العبد ، ترضى خصماؤك يوم القيامة ، وينادي ملك آخر : أيها العبد ، تموت على الإِيمان ، ولا يسلب منك الدين ، ويفسح في قبرك ، وينور فيه ، وينادي مناد آخر : أيها العبد ، يرضى أبواك وإن كانا ساخطين ، وغفر لأبويك لك (١) وذريتك ، وأنت في سعة من الرزق في الدنيا والآخرة ، وينادي جبرئيل : أنا الذي آتيك مع ملك الموت ، أن يرفق بك ، ولا يخدشك أثر الموت ، إنما تخرج الروح من جسدك سلا ) قلنا : يا رسول الله ، لو أن عبداً يقول هذا في غير الشهر ، فقال ( صلى الله عليه وآله ) : ( مثل ما وصفت ، وإنما علمني جبرئيل هذه الكلمات ، أيام أسرى بي ).

Tövbə namazı

Peyğəmbərimiz (s.ə.ə.v) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?". Hamısı tövbə etmək istədiklərini bildirdilər. Həzrət Peyğəmbər (s.ə.ə.v) buyurdu:
"Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Tövhid", 1 dəfə "Fələq" və 1 dəfə də "Nas" surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: "Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt"". (Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz).
Həzrət Peyğəmbər (s.ə.ə.v) buyurur: Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla. Başqa mələk ona deyər: Ey Allahın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə.
O biri mələk deyər: "Ey Allahın bəndəsi! İmanla öləcəksən, din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun. Cəbrayil (ə) nida edər: Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç incitməsin. Ruhunu cismindən yavaş çıxartsın.
Peyğəmbərdən (s.ə.ə.v) soruşurlar ki, bu namazı başqa bir aylarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba malik olacaqdırmı? Həzrət (s.ə.ə.v) buyurur: Həmin savaba malikdir. Bunları Cəbrayil (ə) merac gecəsi mənə öyrətmişdi.

http://books.rafed.net/m/?type=c_fbook&b_id=1146

Bu hədisin əslini Seyyid Tavusun İqbalul Ə'mal kitabında c 2 , səh 20 -21;
ondan da nəql edib Müstədrəkul Vəsail c 6 , səh 396-397; ondan da nəql edib Şeyx Cavad Mələki Təbrizi Əl-Muqaribat səh 301-302-də.

Dualarda bizi də unutmayın.

بشير البادكوبي
Bəşir Badkubei.
Vəlhəmdulilləh.