Fiqh-Əhkam
May 14, 2021

Şəvval Ayının ilk 6 günün Orucu

Bismilləh.

Şəvval ayının ilk 6 günü oruc tutmaq haqqında.

☘صوم ست أيام من شوال☘
ــــــــــــــــــــــــ
قد تسأل :
هل ورد استحباب صيام ستة أيام من شهر شوال ؟

Sual : Şəvval ayının ilk altı günün ardıcıl oruc tutmağın müstəhəb olması haqqında dəlil varmı?
ــــــــــــــــــــــــ
الجواب.tr:
السيد الخوئي
ج ـ لا بأس به رجاء.- الصراط ج١ م٣٣٩ -

Seyyid Xoi q.s : Rəca ( savabı olar ümidi ilə ) qəsdi ilə tutmağın bir eybi yoxdur.
Siratun Nəcat c 1; məsələ 339.
ــــــــــــــــــــــــ
السيد الحكيم
ج ـ لم يرد من طرق روايات أهل البيت (ع) نعم تضمنت مجاميعنا الحديثية بعض الروايات المروية من طرق أهل السنة استحباب ذلك.- الموقع -

Seyyid Həkim : Əhli Beytin ə.s yolu ilə bu haqda rəvayət gəlməyib; bir dəstə hədislər isə bu günləri oruc tutmağı qınayır. Əhli sunnədə isə bu işin müstəhəb olması haqqında dəlillər nəql olunub.
ــــــــــــــــــــــــ
الشيخ الوحيد
ج ـ نعم، من اليوم الرابع إلى اليوم التاسع من شهر شوال .-استفتاء -

Şeyx Vəhid Xorasani : Bəli şəvval ayında oruc tutmaq olar. Amma şəvvalın 4 - dən 9 - a qədər tutsunlar.
ــــــــــــــــــــــــ
السيد صادق الشيرازي
ج ـ يستحب من اليوم الرابع إلى التاسع من شهر شوال. - المسائل م 1866 -

Seyyid Sadiq Şirazi - Müstəhəbdir ki;. Şəvval ayının 4 - dən 9 - a kimi oruc tutulsun. Əl Məsail - məsələ 1866.
ــــــــــــــــــــــــ
السيد السيستاني
ج ـ الروايات الدالة على استحباب صيام ستة أيام من شوال غير نقية السند. ومن اراد الاتيان به رجاء - متتابعاً أو متفرقاً ـ فليبدأ فيه بعد مضي ثلاثة أيام من يوم العيد ، فإنه قد ورد في بعض النصوص المعتبرة النهي عن الصيام بعد الفطر ثلاثة أيام معللاً أنها أيام اكل وشرب.- الموقع -

Seyyid Sistani : Şəvval ayının altı gününü oruc tutmağın müstəhəb olmasına dəlalət edən hədislərin sənədi saf deyil. Həmin günlərdə - ardıcıl, yaxud ayrı-ayrılıqda – rəca niyyəti ilə oruc tutmaq istəyən, oruca bayramdan üç gün sonra başlasın. Çünki mötəbər mənbələrdə bayramdan sonra üç gün arzində oruc tutmaqdan çəkindirilib. Səbəbi də budur ki, həmin günlər, yeyib-içmək günləridir.
ــــــــــــــــــــــــ
السيد المدرسي
ج ـ نعم استحباب صيام ستة أيام تبدأ من الرابع لان الاول حرام والثاني والثالث مكروه .- استفتاءات ج2 م٣٩٢-

Seyyid Mudərrisi - Bəli müstəhəbdir ki Şəvval ayında 6 gün oruc tutulsun. Və tutmağa da ayın 4 - dən 9 - a kimi əməl etsinlər. Çünki ayın 1 də oruc tutmaq haramdır. 2 və 3 - də tutmaq isə məkruhdur.
İstiftaat - c 2 , məsələ 392.
ــــــــــــــــــــــــ
السيد محمد الشيرازي
ج ـ يستحب من اليوم الرابع إلى التاسع من شهر شوال. - المسائل م 1856-

Seyyid Muhəmməd Şirazi - Müstəhəbdir ki Şəvval ayının 4 dən 9 a kimi oruc tutulsun.
Əl Məsail - məsələ 1856.

ــــــــــــــــــــــــ
الشيخ العصفور
ج ـ مستندها عامي وأخبارنا أكثرها مانعة من الصيام حتي تمضي ثلاثة أيام، بل ظاهر بعضها التحريم ، وربما جمع بينها وبين الخبر العامي بأستحبابها بعد ثلاثة أيام .- سداد العباد -

Şeyx Əsfur : İstinad edilən bu oruc sünni mənşəlidir. Bizim hədislərdə bu oruc qadağan edilib hətta ilk 3 günü tutmamaq buyurulub. Bəzi hədislərdən bu günlərdə oruc tutmağın haram olduğu görünür. Ümumi olaraq bunları cəm etdikdə Şəvvaldan 3 gün keçdikdən sonra oruc tutmaq müstəhəbdir.
ـــــــــــــــــــــــــــــــــــــــــــــــ
✒ملاحظة :
لا يجوز التصرف بمحتوى الاستفتاء يرسل من غير تغيير.
الشيخ عادل الجوهر     
▫2 شوال /1439هـ ○القطيف

بشير البادكوبي
Şeyx Adil Cəvhər
Vəlhəmdulilləh.

Teleqram/El_Mulkulilleh

İnstagram/El_Mulkulilleh

Whatsapp/El_Mulkulilleh