Ramazan Ayi
May 8, 2021

Mübarək Ramazan ayı 26-cı günün duası

Mübarək Ramazan ayı təqvimi və duaları - 26-cı günün duası

Bakıda sübh azanı saat 03:57-də, axşam azanı isə saat 19:59-dadır.

اللَّهُمَّ اجْعَلْ سَعْيِي فِيهِ مَشْكُورا وَ ذَنْبِي فِيهِ مَغْفُورا وَ عَمَلِي فِيهِ مَقْبُولا وَ عَيْبِي فِيهِ مَسْتُورا يَا أَسْمَعَ السَّامِعِينَ

Duanın oxunuşu: Əllahumməc`əl sə`yi fihi məşkura, və zənbi fihi məğfura, və əməli fihi məqbula, və əybi fihi məstura, ya əsməəs samiin.

Duanın tərcüməsi: İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!

İFTAR DUASI

اللَّهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Duanin oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu, ya vasiəl məğfirəti iğfir li.

Duanın tərcüməsi: İlahi, Səndən ötrü oruc tutdum, Sənin verdiyin ruzi ilə iftar edib Sənə təvəkkül edirəm. Ey geniş bəxşiş sahibi, mənim günahlarımı bağışla!

Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz

26-cı gün - 8 rukət (Hər rukətdə 1 Həmd, 100 İxlas)