2021 Fitr bayrami Elmi araşdirma
Elmi hesablamalara əsasən Şəvval ayının (Fitr bayramının) hilalının may ayının 12-də dünya ölkələri üzrə görünmə xəritəsi.
Bəzi ölkələrdə ayın görünməsi ilə bağlı bu sahənin mütəxəssisləri arasında müxtəlif fikirlər var. Buna görə də aşağıda 3 fərqli şəkil yerləşdiririk.
1-ci şəkil;
Yaşıl rəng: Ayın adi gözlə açıq şəkildə görünəcəyi ərazilər;
Mavi rəng: Hava şəraiti yaxşı olduqda ayın adi gözlə görünə biləcəyi ərazilər;
Boz rəng: Ayı tapmaq üçün optik yardımdan istifadə ediləcək ərazilər;
Qırmızı rəng: Ayın yalnız optik cihazlarla görünəcəyi ərazilər.
2-ci şəkil;
Yaşıl rəng: Ayın asanlıqla görünəcəyi ərazilər;
Çəhrayi rəng: Ayın adi gözlə görünmə ehtimalı olan ərazilər;
Bənövşəyi rəng: Ayın görünməsi üçün teleskopa ehtiyac olan ərazilər.
3-cü şəkil;
Qırmızı rəng: Ayın aşkar şəkildə görünəcəyi ərazilər;
Kök rəngi: Hava şəraiti yaxşı olduqda ayın adi gözlə görünə biləcəyi ərazilər;
Sarı rəng: Ayı ilk öncə tapmaq üçün optik cihaza ehtiyac olacaq ərazilər. Bu ərazilərdə ay ilk öncə optik cihazla tapıldıqdan sonra adi gözlə görünmə ehtimalı var;
Mavi rəng: Ayı tapmaq üçün optik cihaza ehtiyac olacaq ərazilər;
Göy rəng: Ayın adi teleskopla görünməyəcəyi ərazilər;
🖋️ Qeyd: Bu müxtəlif elmi hesablamalara əsasən bəzi ölkələrdə mayın 12-i ayın görünməsi ilə bağlı müxtəlif fikirlər olsa da, bəzi ölkələr - o cümlədən bizim ölkə üçün olan nəticə yekdildir. Bu elmi hesablamalara əsasən bizim ölkədə və bizim ölkə ilə ayın görünmə baxımından üfüqü eyni olan məntəqələrdə mayın 12-i ay adi gözlə görünməyəcək. Ayətullah Seyid Sistaninin fətvasına əsasən hilal (ay) adi gözlə şəxsin yaşadığı məntəqədə və ya ayın çıxışı baxımından həmin məntəqə ilə eyni üfüqə malik olan məntəqələrdə görülməlidir. Beləliklə, böyük ehtimalla Ayətullah Seyid Sistaninin nəzərinə əsasən Şəvval ayının 1-i (Fitr bayramı) may ayının 14-ə təsadüf edəcək.
Gecələrinin cüzi bir hissəsinin müştərək olduğu ərazilərdə ayın görünməsinin digər məntəqələr üçün də kifayət etdiyini deyən alimlərin (məs. Ayətullah Seyid Xoyi) və ayın teleskopla görünməsini kifayət bilən alimlərin nəzərinə əsasən isə böyük ehtimalla Şəvval ayının 1-i may ayının 13-ə təsadüf edəcək.
Buna görə də hər bir şəxs öz təqlid etdiyi müctəhidinin ayın görülməsi üçün kifayət bildiyi şərtləri nəzərə alaraq öz vəzifəsinə əməl etməlidir.