January 9, 2021

Təbrik edirəm Ana can

Dünyada nəqdər mələk olsada ,
Isdərəm yanımda bir mələk olsun
O mələk canımdan əziz anamdi
Can ANA ,ad günün mübarək olsun.

Ana qocalmazdı, heran cavandı,
Ana müqəddəsdi, ana imandı
Ayaqı altında cənnət məkandı
Gərəkdi ətrafi gül,çiçək olsun
Can ANA,ad günün mübarək olsun

Dəyməsin canıva xəstəlik, azar
Olsun hər günündə yaz ilə bahar
Bilirəm qəlbində cox arzular var
Nə arzu edibse o ürək olsun
Can ANA,ad günün mübarək olsun

Göyden,asimandan nurludu üzün
Uldzdan,qəmərdən gözəldi gözün
Hec vaxt deməyəsən neyləyim sözün
Sənə böyük tanrı qoy kömək olsun
Can ANA ad günün mübarək olsun

Bir kaman əksi var sənin qaşında
Isdərəm Yığışaq biz yüz yaşında
Hər zaman yerin var sufrə başında
Süfrendə hər zaman duz,cörək olsun
Can ANA ad günün mübarək olsun