July 15, 2020

BIP Wallet v2.0 cüzdanını necə yaratmaq olar?

BIP Wallet v2.0 blokçeyndə işləyən və rəsmi GitHub veb-servisdən yalnız açıq kodlu proqram təminatı istifadə edən, Minter komandasının mApp-dir (Minter App). 1 iyul 2020-ci ildə yenilənmiş rəsmi mobil cüzdanın yenilənmiş versiyası yeni rahat funksionallıq və orijinal dizaynı təqdim edir.

Cüzdan necə yaratmaq olar?

Cüzdanı mobil cihazınıza quraşdırdıqdan və tətbiqetməni işə saldıqdan sonra seçim etməli olduğunuz bir səhifə təqdim olunacaq:

1. Sign in (sistemə giriş) əvvəllər yaradılmış cüzdana daxil olmaq üçün

2. Creat wallet (cüzdan yaratmaq) şəxsi istifadə üçün.

3. Help (kömək) vacib suallara cavab tapa biləcəyiniz və ya öz suallarınızı verə biləcəyiniz bir səhifədir.

Sign in (sistemə giriş)

Cüzdanınıza daxil olmaq üçün seed ifadəni (gizli ifadə) açılmış pəncərənin sahəsinə daxil etməlisiniz və sonra Activate Wallet düyməsini seçməklə kripto-cüzdana daxil olursunuz.

Creat wallet (cüzdan yaratmaq)

"Cüzdan yaratmaq" düyməsini basdıqdan sonra, yaradılan cüzdanın gizli ifadəsi olan bir pəncərə görünür.

Vacibdir! Gizli ifadə cüzdan yaratarkən yalnız bir dəfə verilir. Gizli ifadəni dəyişdirmək və bərpa etmək mümkün deyil, çünki yalnız Sizin cüzdanınıza girişiniz var. Yaradarkən bu ifadəni kopyalamalı və bir neçə yerdə saxalamalısınız. Açar itirilərsə və ya açıqlanarsa, onda yığılmış kripto aktivlərinizi itirəcəksiniz.

Gizli ifadəni saxladıqdan sonra “I have saved the phrase” (mən ifadəni saxlamışam) sahəsini təsdiqləyin və “Acrivate Wallet” düyməsini seçərək daxil olun.