Gülləri sevəni güllələr sevməz,
Qısqancdır güllələr
Mərhəmət gözləmək onlardan əbəs.
On doqquz yaşlı Elison Krauze
Gülləri sevdiyi üçün güllələndi.
O bir ümid simvolu,
O bir vicdanın sezilməz döyüntüsü,
Bir silah lüləsinə gül keçirib
Dediyin: «Güllər güllədən yaxşıdır».
Əsla gül bəxş etməyin
Həqiqəti gizlədən
Sərt və qəddar dövlətə!
Sənə bir cavab oldu, Elison Krauze,
Gülünü əzən güllə!
Qoy bütün el qaraya bürünsün!
Yasəmənin ətri hər tərəfi bürüsün!
Fəqət sən hiss etmirsən!
Prezident sənin haqqında demiş «Sən avarasan».
Hər ölü bir avarədir.
Fəqət onun günahı nədir?
Ey, Tokionun qızları,
Romanın övladları,
Gülləri ucaldın, qalxın
Qəddar düşmənə qarşı!
Bütün zəncirotuları üfləyin!
Qasırğaya bir baxın!
Savaş gülləri, toplanın!
Cəlladlara qarşı!
Lalələri, levkoyları
Torpaqla bərabər qopadın
Xain riyakarları susdurun!
Bürü, yasəmən, bürü,
Sualtı məhvedici boltları!
Hədəfləri qoruyaraq!
Dulavratotu, gözlərinə
soxul çarəsizcəsinə! Ты в линзы отчаянно впейся, репей!
Qalxın, Qanqın zanbaqları
Nil çayının lotosları,
Hər boltunda uşaq ölümü daşıyan
Təyyarələrə son qoyun!
Qızılgüllər, övünməyin!
Satsa sizi kimsə baha!
Zərif qızın yanağını
Oxşamaq gözəldir daha!
Siz ondansa bombardiri,
Deşmək üçün ambarları
Daha kəskin uzadın
Bu tikanları!
Savaş gülləri, hazırlanın!
Gözəlliyi qoruyun!
Daşsın yollar və kəndlər,
Nəhəng ordu axını kimi
İnsan ve gül sütünuna
Çevril, Elison Krauze,
Əsriminizin ölümsüzü!
Etirazın tikanlı gülü!
24.02.2022
Nigar Garay ve Gunel Mustafayeva