August 19, 2023

Flatpak nədir? 📦

Qısaca desək Flatpak bir depo və bir paket meneceridir. 📂

Linux istifadə edənlər bilir ki, hər bir distronun öz deposu və paket meneceri vardır. Amma bəzən axtardığımız tətbiqləri istifadə etdiyimiz distronun deposunda tapa bilmirik və ya tapsaq da versiyası köhnə olduğundan istifadə edərkən bir çox xəta ilə qarşılaşırıq. Bu səbəbdən də sadəcə bir tətbiqə görə distro dəyişdirmək əziyyətdir. Flatpak isə burada bizim işimizə yarayır. Flatpak distrolardan ayrı, müstəqil şəkildə öz deposunu və paket menecerini bizə təklif edir. Yəni Flatpakı hər bir distroda rahat bir şəkildə qurub istifadə edə bilərik.

Məncə bura qədər hər şey aydın olmuşdur indi isə keçək Flatpak'ın qurulumuna.

1. İlk öncə daxil oluruq brauzerimizə və sonra bu linkə daxil oluruq: https://www.flatpak.org/

Get set up butonuna basırıq.

2. İşlətdiyimiz distronu seçirik.

3. Mən Debian mənbəli olan Ubuntu'nu istifadə edirəm deyə Ubuntu'nu seçdim.

4. Son olaraq isə terminalımızı açıb burda verilən kodları tək tək terminalımıza yazıb Flatpakı qururuq.

Məndə qurulu olduğu üçün bir daha qurulum etmədim. Sıra sıra tək tək kodları yazsanız sizdə də xətasız bir şəkildə qurulacaqdır. Əgər bir xəta ilə rastlaşsanız rəy bölməsinə yaza bilərsiniz.

Və beləliklə 4 addımda Flatpakı sistemimizə qurduq. İndi isə Flathub'dan necə tətbiq yükləyəcəyimizi öyrənək.

1. İlk öncə daxil oluruq brauzerimizə və sonra bu linkə daxil oluruq: https://flathub.org/

2. Axtarış bölməsindən istədiyimiz tətbiqi axtarırıq. (Hər axtardığınız tətbiq olmaya bilər ama əsasən gündəlik istifadə olunan populyar tətbiqlərin hamısı mövcuddur. Günü gündən də yeni tətbiqlər əlavə olunur.)

3. Məsələn mən sizə göstərmək üçün Element tətbiqini yükləyəcəm.

4. Tətbiqimizi tapdıqdan sonra sağ tərəfdə olan "Install" butonun yanında olan işarəyə basaq. Burada terminal vasitəsi ilə Element tətbiqini yükləmək üçün 2 ədəd əmr var.

5. lk öncə birincini kopyalayıb "sudo" ilə terminalımıza yapışdırırıq və "Enter" düyməsini basırıq.

Ola bilər ki sizdən install etmək üçün icazə isdəsin burada isə sadəcə "y" yazıb "Enter"ə basırıq. Daha sonra tətbiqimizin yüklənməsini gözləyirik.

Tətbiqimiz yükləndikdən sonra isə bayaq FlatHub saytında olan ikinci əmri kopyalayırıq. Yenidən terminalı açıb kodumuzu yapışdırırıq və tətbiqimizin açılmasını gözləyirik.

Vəə tətbiqimiz uğurla yükləndi! @parr00t