August 21, 2023

Hansı proqramlaşdırma dilini öyrənməliyəm?

Proqramlaşdırmaya yeni başlayan və ya yeni başlamaq isdəyənlərin qarşılaşdığı ən böyük problem budur deyə bilərəm. Hər kəs proqramlaşdırmaya başlayanda özü özünə bu sualı verir və bu sualın cavabını tapa bilmir. Belə olduqda ya motivasiyası düşür sahəni buraxır ya da səhf yol tutur. Mən də təxminən 7-8 il öncə proqramlaşdırmaya başlayarkən bu problemlə üzləşirdim, bir proqramlaşdırma dilini yarımçıq qoyub digər bir proqramlaşdırma dilinə keçirdim və təbii ki də bu məni çox geridə qoyurdu sonunda isə heç bir şey öyrənə bilmirdim. Siz belə edib zamanınızı itirməyin deyə sizə tövsiyəm bir yol üzərində davamiyyətli olaraq getməyinizdir.

🚶İlk addım:

Proqramlaşdırma dili seçmədən öncə, sahə seçin. Özünüzə sual verin, mən hansı sahəni isdəyirəm? Mən özümü hansı sahədə görürəm? Suala cavab tapdığınız zaman artıq seçdiyiniz sahəyə uyğun proqramlaşdırma dilini öyrənməyə başlayın. Sizlərə sahələrə uyğun proqramlaşdırma dillərini aşağıda sıralayacam.

🚶İkinci addım: Sahələr:
Web - Web sahəsi iki yerə bölünür. Bunlar Front-End və Back-End'dir. Front-End - HTML, CSS, javascript (Təməl olaraq) Back-End - php, python, java (Birini seçə bilərsiniz) Android - Java, Kotlin, Flutter (Dart) (Birini seçə bilərsiniz) IOS - Swift, Flutter (Dart) (Birini seçə bilərsiniz) Desktop - Java, Python, C# (Birini seçə bilərsiniz) Game - C#, C++ (Birini seçə bilərsiniz) AI - Python, Ruby, Lisp, Java, R (Birini seçə bilərsiniz) Embedded systems - C, Python, C++, Java (Birini seçə bilərsiniz) Database - SQL, Python, R (Birini seçə bilərsiniz)

Qısa bir qeyd: Deyək ki bir sahə seçdiniz, artıq proqramlaşdırma dilini axtarmağa başladınız və beləliklə bir çox proqramlaşdırma dili ilə qarşılaşacaqsınız, qorxmayın bunun da bir çıxış yolu var. :) Proqramlaşdırma dillərini qarşılaşdırın. Məsələn Android sahəsini seçdiniz, qarşınızda java və kotlin və s. var. Javanı araşdırın, Kotlini araşdırın. Hansı daha tələbatlıdır? Hansı daha üstündür? Araşdırma etdikdən sonra artıq o sahədə hansı proqramlaşdırma dilinin daha tələbatlı və ya hansının daha üstün olduğunu anlayacaqsınız.

İkinci qısa bir qeyd: Yaxşı proqramlaşdırma dili deyilən bir anlayış yoxdur. Hər proqramlaşdırma dilinin özünə görə yaxşı və pis cəhətləri vardır. Sadəcə günümüzdə bu sahə artıq o qədər genişlənib ki, bir sahə üçün 2 və ya 3 dən çox proqramlaşdırma dili mövcuddur. Bu da sizi aldadıb "Bu proqramlaşdırma dili pis, bu isə yaxşıdır" fikrini canlandırmasın.

Burada sizlərə ən təməl şəkildə və ən bəsit şəkildə sahələrə uyğun proqramlaşdırma dillərini seçdim, əlbətdə ki bunlar sadəcə bir neçəsidir, hər sahənin özünə uyğun bir çox proqramlaşdırma dilləri var lakin mən ən populyar olanları bir araya toplamağa çalışdım. Siz öyrəndikcə sahənin genişliyini və sadəcə bunlarla yetinmədiyini anlayacaqsınız. Bu sadəcə başlanğıcdır ama yaxşı bir başlanğıc ;)

Bu günlük bu qədər.

Suallarınız olarsa çəkinmədən rəy bölməsində qeyd edin, cavablamaqdan məmnunluq duyaram!


Sizlərə proqramlaşdırma karyeranızda uğurlar! :))

Sahələr və ya proqramlaşdırma dilləri üzərə olan yol xəritələri: RoadMap