July 24, 2023

Host-u necə skan etmək olar? Host-un işlək olduğunu necə bilim? Dərs-2

Salam,dəyərli HACK OF AZE üzvləri. Bu gün dərsimizin mövzusu adından da göründüyü kimi, tapdığımız Hostları necə skan edə bilərik, necə yoxlaya bilərik, o olacaq.

Deməli, ilk öncə müəyyən vasitələrdən istifadə edib, və ya özümüz axtarmaqla Host tapırıq. Misal üçün keçən dərsimizdə də dediyimiz kimi, məsələn, Birbank proqramına pulsuz giriş edir və biz kapitalbank.az saytının Host ola biləcəyini düşünüb, skan etmək istəyirik.

Bu zaman köməyimizə https://subdomainfinder.c99.nl saytı çatır.

Biz tapdığımız Host-u axtarış bölməsinə yazırıq, (dərsimizə uyğun olaraq, biz kapitalbank.az-ı skan edəcəyik) sonra axtarış veririk.

Qabağında sarı bulud olan (Cloudflare) saytları bir yerə qeyd edirik, çünki onlar Host ola bilər.

Daha sonra HA TUNNEL PLUS (VPN) Proqramına daxil oluruq, tapdığımız sarı buludlu Host-u proqrama daxil edirik;

Belə ki, biz Proqramda Custom Setup bölməsini aktivləşdirib, SSL,TLS mode bölməsinə keçid edib, Use Realm Host (V2) və Preserve SNI seçimini etdikdən sonra sarı buludlu Host-u ora yazırıq, qoşulursa hazırdır!

Başqa bir Host yoxlama methodu və Hostları axtarış etmədən tapa biləcəyiniz saytlar, həmçinin necə öz configinizi düzəldə bilərsiniz, Dərs-3-də.

İzləmədə qalın.