July 22, 2023

Host nədir? Pulsuz Internet necə tapmaq olar? Dərs-1

Hamınızı xoş gördük, əziz istifadəçilər. Bu gün HACK OF AZE Kanalı tərəfindən üzvlərimizin yeni bilgilər öyrənməsi üçün başlatdığımız, Pulsuz Internet paylaşımları bu gündən efirdədir!

Bu dərsimizdə biz, Host-un nə olduğunu və Host anlayışının nə olduğunu başa düşəcəyik.Host, bir xidməti və ya resursu istifadə edən bir şəbəkənin və ya internetin bir hissəsini qəbul edən bir kompüterdir. Host ümumilikdə server adı və ya IP ünvanı ilə tanınır və digər kompüterlərin bu xidmətə və ya resursa daxil olmasına icazə verir. Məsələn, bir veb saytı barındırmaq üçün veb serveri host kimi işlədilə bilər və ya bir fayl paylaşım xidməti üçün bir fayl serveri host kimi işlədilə bilər.

Bizə də elə Azercell, Bakcell, Nar Mobile kimi operatorlarda, əgər 0 balans dediyimiz, yəni internet olmadığı zamanda, xəttin açıq olması kifayət edərək, biz bu saytlara yəni, Host-lara Chrome və s. Brauzer ilə pulsuz giriş əldə edə biliriksə, bu Host adlanır.

Misal üçün, Azercell-də sadəcə nömrəmizin xətti açıqdır və balansda internet trafiki yoxdur. Lakin biz mobil interneti açıb, sima.az, ibar.az kimi saytlara pulsuz daxil ola bilirik.

Elə 0 balanslar da belə tapılır, həmin pulsuz giriş edilən saytlar qeyd olunur və skan edilir, əgər sarı bulud dediyimiz (saytda Cloudflare) olarsa artıq yoxlamalara keçib, bəzi proqramlar vasitəsilə Host-un işlək olub-olmamadığını yoxlayırıq ;)

Həmçinin əgər, mobil interneti açsaq, və hər hansısa proqrama pulsuz giriş əldə edə biliriksə, həmin proqramın rəsmi saytı Host ola bilər.

Misal üçün Birbank proqramına daxil oluruq və pulsuz, internetimiz olmadan proqram açır. Bu vaxt biz birbank.az və kapitalbank.az saytlarının Host ola biləcəklərini düşünərək skan edirik.

Ardı Dərs 2-də.

Host-u skan etmək, Host-u yoxlamaq və s. Dərs 2-də olacaq.