May 11, 2024

ÇƏKLİŞ ÜÇÜN AVADANLIQLAR

Komplektə nə daxildir?

• Əsas işıq

• Fon

• Ştativ/Tripod

• Mikrofon

• Suflyor

Əsas işıq

Bu, box əsas işıq cihazıdır. 50x70 ölçülü softbox aralığında  başlaya bilərsiniz. Əsas odur ki, özünüzə yaxın yerləşdirin. Sifariş verərkən lampa ilə işləyə biləni seçin.

Əlavə işıq Ulanzi VL120

Bu, arxa fonda kı obyektləri işıqlandırmaq və ya ikinci işıq mənbəyi üçün istifadə edilə bilən cihazdır. Parlaqlığı və rəngi tənzimləyir. Akkumulyatorlarda işləyir. Maksimum parlaqlığını təxminən bir saat saxlayır.

Kamera üçün ştativ 180 sm

Böyük bir ştativ götürmək daha yaxşıdır, çünki onu ayaq üstə çəkiliş zamanı istifadə etmək olar və digər cihazlar da ona bağlana bilər, məsələn, əlavə işıq.

Mikrofon BOYA M1

Qiymətə baxmayaraq, bomba bir cihazdır. Bloggerlərin 90%-i ondan istifadə edir. Uzun telli, kiçik ölçülüdür. Həm telefon, həm də kamera üçün əladır.

Suflyor

Çəkiliş zamanı mətnin oxunduğu cihazdır. Mətni əvvəlcədən hazırlayın, telefonunuza yükləyin, şüşənin altına qoyun və çəkiliş zamanı mətn gözlərinizin önündə keçəcək.