Operating Systems
July 18, 2023

RAID

İndi Array Texnologiyalarının istifadə olunduğu hissəyə gələk. Bu da RAID-dir, açılışı Redundant Array of Independent Disks. İki və ya daha çox diskin xüsusi proqram təminatı və ya aparat vasitəsi ilə tək bir məntiqi "sürücüyə" çevrilməsidir.

  • XOR prosesi nəticəsində disklərin parity məlumatları hesablanır və bu məlumat qrupdakı bütün disklərə göndərilir.
  • Məqsədə görə seçilən RAID səviyyələri vardır.

Bilinməli olan 3 təməl termin vardır:

1) Mirroring: Bir məlumatın birdən çox diskdə olması halı.
2) Striping: Bir məlumatın birdən çox diskə yazılması prosesi ( məlumat parçalanır)

3) Error-Correction: Xəta baş verdikdə diskin məlumatlarının digər disklərdən əldə edilməsi prosesi

Bizim məlumatların yazıldığı bütün disklər müəyyən səbəblərdən zədələnə bilərlər. Şirkətlərdə yaxud evdə məlumatlar çox önəmli olduğuna görə itməməlidir, zədələnməməlidir. Bu səbəbdən disklərimizi də zədələnmələrə qarşı qoruyuruq. Problemi həll etmək üçün bir məlumatı iki və ya daha çox diskə yaza bilərik. Buradan RAID-in nə olduğunu yəqin ki başa düşdük. Bunları təmin etmək üçün iki cür RAID var: 1) Software RAID 2) Hardware RAID

Software RAID

Adından da göründüyü kimi proqram təminatıdır. Bu növ RAID-in təmin olunmasında əsas yük CPU-nun üzərinə düşür. Professional mühitdə demək olar ki, istifadə olunmur. Bundan başqa hardware RAID-in performansı software RAID-ə görə daha çoxdur. Windowsda CPU-nu RAID olaraq istifadə edə bilərik. Ama burada backup olmadığı üçün çox da istifadə olunmur. Qeyd edim ki, performansı da hardware RAID-ə nəzərən yaxşı deyil. Çünki parity məlumatları CPU tərəfindən "İşləndiyi" üçün performans aşağı düşür. Aşağıda Windowsda RAID prosesi göstərilib:

Hardware RAID

Bu RAID növü isə RAID controller kartlar ilə təmin edilir. Aşağıdakı şəkildə nümunə görə bilərsiniz. Bu RAID növü daha çox RAID tipi dəstəkləyir, eyni zamanda yüksək performans təmin edir. Bundan başqa hardware RAID əməliyyat sistemindən asılı olmur.

1) RAID 0

  • Disk Striping olaraq da bilinir.
  • Fault Tolerance yoxdur. Disk xətası, bütün məlumatların itməsi ilə nəticələnər.
  • Performans və tutumunun; məlumat bütövlüyündən (tamlığından, itməyindən) daha vacib olduğu serverlərdə istifadə edilir.
  • Ən sürətli RAID səviyyəsidir. Seçilən strip size-a görə məlumatları bölərək bütün disklərə yazar.
  • RAID 0 üçün ən az 2 disk lazımdır.

2) RAID 1

  • Disk Mirroring olaraq bilinir.
  • Fail Tolerance var. Disk problemi zamanı digər disklər əvəz edə bilər.
  • Məlumat bütövlüyü; performans və tutumdan daha önəmli olan serverdə istifadə edilir.
  • Seçilən stripe size-a görə məlumatları bölərək bütün disklərə yazar. Hər diskdə eyni məlumatlar vardır.
  • Oxuma prosesində performansla təmin edir. Çünki məlumatın olduğu yerə uyğun olan disk işlədilir.
  • RAID 1 üçün ən az 2 disk vardır.

3) RAID 5

  • Distributed Data Guarding (DDG) olaraq da bilinir.
  • Ən çox istifadə edilən RAID növüdür.
  • 1 diskə qədər fail tolerance var. Disk problemi zamanı digər disklər ilə əvəz edilə bilər. 2 disk zədələnərsə məlumatlar itər.
  • Həm məlumatın bütövlüyü həm də performans üçün nəzərdə tutulub.
  • Oxuma prosesinin məşğul olduğu serverlərdə istifadə edilir. Parity bütün disklərə paylandığı üçün paralel işləyə bilər.
  • RAID 5 üçün ən az 3 disk lazımdır.
  • Storage ümumi disk sayından 1 vahid aşağı ilə hesablanmalıdır. Yəni (n-1)x
    Burada n - disk sayı, x - storage miqdarı

4) RAID 0,1 və 5 dən düzəlmiş yeni RAID-lər