Array Technologies
Array, bir qrup diskin tək bir disk kimi başa düşülməsini və elə davranmasını təmin edən məntiqi bir quruluşdur.
Məlumatlar, array içərisindəki bütün disklərə ayrı ayrı bölüşdürülür. Bunu array controller, yaxud raid controller kartı edir.
Məlumatın bölünərək sıralı şəkildə bütün disklərə bölünməsi prosesinə Data Striping olaraq adlanır.
Bütün disklərə giriş icazəsi eyni anda olduğu üçün tək bir diskə nisbətən oxuma-yazma (I/O) daha sürətlidir. Məsələn bir disk doludursa digər diskə yazdıra bilir. Bu da daha sürətli olmasını təmin edir.
Disk əlavə edildikcə məlumat ötürülməsi sürəti artır. Yəni 900 GB-lıq bir RAID qurmaq istəyiriksə 300-300-300 qurmaq daha performanslıdır. Ama bu daha baha olur və slotlarda daha çox yer tutur. Birbaşa istənilən storage-ə böyük disklərlə çatmağa çalışırlar. Bu da performansı aşağı salır.
Az sayda böyük tutumlu disklərin əvəzinə çoxlu kiçik tutumlu disklərdən istifadə performansı yaxşılaşdırır.
Sistemdə istifadə edilmək istənən disk və array seçimi, Array Controller kartı tərəfindən dəstəklənməlidir, yəni uyğun olmalıdır. Çox köhnə bir Array Controllerə rast gəlməmisinizsə problem yaşamazsınız böyük ehtimal.
Array Controller card aşağıdakı şəkildə göstərilmişdir:
Data Striping aşağıdakı şəkildə göstərilmişdir:
Sizə qısa şəkildə belə izah edim ki, şəkildə Logical file yazılanı bir C: diski kimi düşünün. Sonra isə strip 1,2 və s bunlar isə həmin C: diskindəki məlumatların bölünmüş hallarıdır. Bu məlumatlar sıra ilə Disklərə yazılıb, bu cür bölünməyə də Data Stiriping deyilir.