RAM
July 16, 2023
Daxili Yaddaş qurğuları (RAM & ROM)
Daxili Yaddaş (memory) qurğuları,
- Sürətli giriş ( əməliyyat sisteminin içərisindəki cachelər bitən zaman RAM-a müraciət edir)
- Sabit məlumatlar və (RAM-ların içərisində olmasa belə ROM-ların içərisində var. RAM-lar elektriklər kəsiləndə yəni kompüter sönəndə yaxud sıfırlananda içərisindəki məlumatları unudurlar)
- Açılış müddətləri (BIOS onun içərisinə məlumat buraxdığı üçün açılış da sürət üçün kömək olur)
- RAM və ROM olaraq iki növü vardır
- Prosessorun, hesabları üçün istifadə etdiyi sürətli məlumat deposudur. Bayaq dediyimiz kimi əməliyyat sisteminin cachləri bitdikdə RAM-a müraciət edir. Bu zaman RAM nə qədər bacarıqlıdırsa CPU o qədər yaxşı işləyər. Əgər RAM çox məşğuldursa yaxud yer bitərsə diskə müraciət edir. Ama disk RAM-dan yavaş işlədiyi üçün ilk olaraq RAM-a müraciət edir (CPU müraciət edir). Disk SSD belə olsa RAM-dan yavaşdır. Bu arada BIOS proqram təminatını hər dəfə yeniləyin, çünki yeniləmək RAM-dan yaxşı performans ala bilməyə kömək edir. BIOS-unuzu necə yeniləyəcəyinizi bilmək üçün digər məqaləyə keçid edin, Link:https://teletype.in/@shirinov039/biosupdate
- Məlumatı keçici olaraq saxlayır, yəni məlumat orada daimi qalmır.
- Elektrik kəsiləndə yəni cihaz sönərsə yaxud sıfırlanarsa məlumatlar/əməliyyatlar silinir.
- İşləmə prinsibinə görə Statik və Dinamik olaraq ikiyə ayrılır.
- Sturukturuna görə SIMM, DIMM və RIMM olaraq üçə ayrılır.
- Növlərinə görə isə EDO, SDRAM, DDR-SDRAM, RDRAM, DDR2, DDR3 və DDR4 olmaq üzrə yeddiyə ayrılır. Bunlar əsaslarıdır, alt növləri də vardır.
İşləmə prinsiplərinə görə:
Sturukturuna görə:
A) SIMM (Single in-Line Memory):
⭐B) DIMM ( Dual in-Line Memory)
C) RIMM (RAMBus in-Line Memory)
Növlərinə görə:
- Sistemin məlumat yolu sürətində işləyirlər.
- EDO-lara əsasən daha performanslıdır.
- DIMM slotlarına taxılırlar.
- 64 bit bant genişliyindədirlər
- 66 Mhz, 100 Mhz və 133 Mhz sürətindədirlər. Təxminən 8-10 ns giriş sürətinə malikdir.
- Ana plata və prosessor sürətiylə eyni dəyərdə seçilməlidirlər.
- Günümüzdə çox istifadə olunmur.
⭐C) DDR-SDRAM (Double Data Rate SDRAM):
- 16 bitlik bant genişliyində olmasına baxmayaraq SDRAM-lara görə daha sürətlidirlər.
- Saat vuruşları həm artan, həm də azalan nöqtədə iş görür. (Double Pumping)
Yəni tezliyin həm maksimum həm minumum nöqtələri. - Bu səbəbdən sürəti 400 Mhz sürətdə olmasına baxmayaraq 800 Mhz-a qədər çata bilir.
- RIMM slotlarına taxılır.
- Qiymətləri yüksək olduğundan çox yayılmadı.
- Onlar DDR-SDRAM kimi 64 bitlik bant genişliyindədir.
- DDR-SDRAM kimi saat vuruşları həm artan, həm də azalan nöqtədə iş görür. (Double Pumping)
Yəni tezliyin həm maksimum həm minumum nöqtələri. - Onlar DDR-lərdən 2 dəfə daha yüksək sürətə (800 Mhz) çata bilirlər.
- Onlar 6,4 GB/s sürətlə ötürə bilirlər.
- Onlar DIMM slotlarına daxil edilir.
- Onlar DDR-lərdən daha az enerji sərf edirlər. (DDR 2.5V, DDR2 1.8V istifadə edir.)
- Onlar DDR2-SDRAM kimi 64 bitlik bant genişliyidir.
- DDR2-SDRAM kimi saat vuruşları həm artan, həm də azalan nöqtədə iş görür. (Double Pumping)
Yəni tezliyin həm maksimum həm minumum nöqtələri. - Onlar DDR2-dən 2 dəfə yüksək sürətə (1600 Mhz) çata bilirlər.
- Onlar məlumatı 12,8 GB/s sürətlə ötürə bilirlər.
- Onlar DIMM slotlarına daxil edilir.
- Onlar DDR2-dən daha az enerji sərf edirlər. (DDR 2.5V, DDR2 1.8V, DDR3 1.5V istifadə edir.)
- Az enerji xərclədiyinə (sərfiyyatına) görə mobil cihazlar üçün daha uyğundur.
- İkili və dördnüvəli prosessorlarla daha uyğundur.
- İnqilabi dəyişikliklər daxildir. Yəni çox inkişaf etdi.2011-ci ildə Samsung tərəfindən elan edildi.
- 40% daha çox performans və 50% daha az enerji istifadəsi təmin edir.
- Onlar 3200 Mhz sürətə çata bilirlər. (DDR3 1600Mhz)
- Onlar DDR3-lərdən daha az enerji sərf edirlər. (DDR3 1.5V, DDR4 1.2V istifadə edir.)
Qrafik Kartlarda istifadə olunur:
- VRAM (Video RAM): Şəkil məlumatlarını daha sürətli emal etmək üçün qurulmuşdur.
Dual Port xüsusiyyəti sayəsində həm oxuya, həm də yaza bilir.
- WRAM (Windows RAM): VRAM kimi Dual Port xüsusiyyətinə malikdir.
VRAM-dan 25% daha sürətlidir.
- SGRAM (Sinxron Qrafik RAM): Şəkil məlumatlarını oxumaq və yazmaq üçün qurulmuşdur.