IT
July 14, 2023

NIC

ŞƏBƏKƏ İNTERFEYS KART (Network Interface Card)

Şəbəkəyə qoşulmaq istəyən hər cihazda NİC olmalıdır.

Bu şəkildə gördüyünüz, ethernet NIC-dir. Ethernet NIC ilə NIC eyni deyil, "Ethernet NIC"-i NIC-in alt başlığı kimi düşünə bilərik. Ama birazdan danışacaqlarımızı Ethernet NIC-ə də aid edə bilərik, ən çox ondan istifadə edəciyik.

Şəbəkəyə göndəriləcək hər bir məlumatı elektrik siqnallarına çevirir və kabelə/antenə göndərir.

ISA və PCI slotlarına taxıla bilərlər. ISA günümüzdə istifadə edilmir. Ama yenədə görülə bilər bəzən. Günümüzdəki ana platada birlikdə (On-Board) olaraq da istehsal edilir.
Sürətləri texnologiyasından və kabelindən asılıdır. Mis kabel ilə alınan sürət fərqlidir, fiber kabel ilə alınan fərqli və s.

İstifadə edilən kabelə uyğun olaraq konnektor tipləri vardır. Ən çox RJ-45 istifadə edilir, ama bəzən RJ-11 də ola bilər.

Ethernet NIC'lər sürətlərinə görə 10Mbps (Ethernet), 100 Mbps (FastEthernet), 1 Gbps (1 Gigabit Ethernet), 10 Gbps (10 Gigabit Ethernet). Ən çox kompüterlərdə falan 1 Gbps istifadə olunur.

Aşağıda NIC növlərinə baxa bilərsiniz.