IT
July 14, 2023

Repeater və HUB 

Repeater (Təkrarlayıcı) və HUB (Hab)

Şəbəkə istifadə edilən kabellərin maksimum 100 metrə çata bilər. Ama normalda 80 metri keçməyi məsləhət deyil.

Məsələn UTP kabel, siqnalı maks 100 metr məsafəyə daşına bilər. Daha uzaq məsafəyə daşına bilməsi üçün araya Repeater vəya HUB qoyulması lazımdı. Tutaq ki bir şirkətin yeni filialı açılır və siz yeni kabel çəkməlisiniz. Çox vaxt bu iş elektrikçilərə verilir, onlar da bilmədikləri üçün 250-300 metr UTP tipli kabeli çəkirlər. Bu zaman siqnal almaq mümkündü ama məlumat daşımaqla siqnal almaq eyni deyil. Uzaqda olan kameralara mis kabellər çəkmək olar düzdü ama ki orda fayl transferi və s olmadığı üçün problem yaşanmaz. Bunun nəticəsində deyə bilərik ki, UTP kabelin uzunluğu artdıqca performansı azalır. Daha uzağa məlumat/paket daşıya bilmək üçün repeater və HUB istifadə edə bilərik. Kabelsiz uzağa paket daşıya bilmək üçün isə Access Point istifadə edilə bilər. Paketin düşdüyü yerə Access Point qoya bilərik. Access Pointin bəzi modları vardır. Daşımaq üçün Repeater moddan istifadə edə bilərik.

Repeateri daha yaxşı başa düşməyiniz üçün aşağıdakı şəkilə diqqətlə baxın

Aşağıdakı şəkildə HUB göstərilmişdir: