Yenə qrupa əlavə etdilər?
Telegramda məşhur spam sxemi var. Sizi sizdən icazəsiz qruplara atırlar. Bunlar əsasən Mafia və Crocodile oyun qruplarıdır. Bu məqalədə sizə, spamlardan necə qorunmalı olduğunuzu başa salacayıq.
İstifadəçilər oğurlandı!
Hər gün bizə çoxlu sayda USERLƏRİMİZ oğurlandı deyə mesajlar gəlir. Bunu insanlar əl ilə və ya Avtomatik şəkildə edir. Biz çox şey gizlətməyəcəyik. Həmin prosesi avtomatik eləyən proqramın adı Telegraphdır. Qrup seçirsiniz və 50-100 nəfər seçərək qrupunuza atırsınız.
Bizim sizə məsləhətimiz, Telegram bir qrupdan çoxlu adam çıxanda, və ya spam atılanda dərhal nəzərə alır. Və o qrupu bağlayır. Screenshotda olan qırmızı düyməyə basaraq həmin qrupu şikayət edə bilərsiniz.
Necə edə bilərsiniz ki, sizi qrupa əlavə etməsinlər?
Yollar:
RUS DİLİ VERSİYASI ÜÇÜN
Настройки - Конфиденциальность - Группы (Приглашения в группы)
İnglis dili versiyası üçün
Settings - Privacy and Security - Groups (Groups & Channels)
Bu bölməyə daxil olanda yalnız Мои контакты (My contacts) düyməsini seçin.
Bu yol ilə, sizi ancaq sizin kontaktınızdakılar hansısa bir qrupa əlavə edə biləcək. Sizin Crocodile Game Azerbaijan