Proqramlaşdırmanı necə öyrənək?
Bundan öncə "Hansı proqramlaşdırma dilini öyrənməliyəm" başlığı altında yazdığım məqaləni oxuduğunuzu fərz edərək davam edirəm. Əgər oxumamısınızsa ilk öncə onu oxuyub sonra bura geri dönmənizi tövsiyə edirəm.
Bir sahə və ya bir proqramlaşdırma dili seçdiniz və bu yol üzərə getmək isdəyirsiniz ama necə gedəcəyinizi bilmirsinizsə doğru yerdəsiniz! Başlayaq...
Proqramlaşdırma dillərini öyrənməyin o qədər də çətin olmadığını ilk başdan deyim. Əgər öyrənməyə başlamısınızsa və öyrənə bilmirsinizsə, bezirsinizsə və ya çətin gəlirsə deməli doğru öyrənmə şəklinə riayət etmirsiniz.
Proqramlaşdırma öyrənməkdə sizə yardım edəcəyini düşündüyüm 7 başlıq seçdim və əlavə olaraq sizlərə bir neçə tövsiyə etmək isdəyirəm hansı ki özüm təcrübə etmişəm.
İlk tövsiyəm: Bir roadmap(yol xəritəsi) hazırlamanızdır və bu yol xəritəsi üzərində getmənizdir. Çünki yolu bilsəniz, o yolda daha rahat irəliləyəcəksiniz.
İkinci tövsiyəm: Gündəlik olaraq bəlli bir zaman təyyin etmənizdir. Bu təyin etdiyiniz saat ən azı 3-4 saatdan az olmamalıdır, mümkünsə 5-6 saat (bacardığınız qədər).
Üçüncü tövsiyəm: Gündəlik olaraq öyrəndiklərinizi test etməyiniz və bunları yol xəritənizdə geridə buraxmanızdır. Gündəlik olaraq çalışın, bir gün ara verib digər gün çalışaram deməyin, tənbəllik etməyin ki bir sonuç əldə edəsiniz. :)
1. Xarici dil (İng, Rus və s.)
Nə üçün xarici dil öyrənməliyik deyə soruşursunuzsa cavab olaraq deyim ki, bütün yaxşı mənbələr xarici dillərdədir, əsasən də ingilis dilində, ingilis dilini öyrənməyə üstünlük verin. İnanın mənə proqramlaşdırma öyrənmək yolunda bəlkə də 30%-40% sürətlənəcəksiniz. Və bir başqa tərəfdən də baxsaq, bütün şirkətlər ingilis dili bilən birinə üstünlük verirlər, xaricə çıxmaq isdəsəniz ingilis dili bilmək məcburiyyətində olacaqsınız və ya freelancer işləsəniz yenə də ingilis dilini bilməlisiniz. Anlayacağınız ingilis dili həyatınızın hər yerində lazımdır.
2. Kurslar
Əgər imkanınız varsa kurslara getməyinizi tövsiyə edirəm, ama kurs seçərkən diqqətli olun yaxşı kurs seçin. Deyə bilərsiniz ki "kursda keçilən dərsləri özümdə öyrənə bilərəm" xeyr əslində tam olaraq da elə deyil. Əlbəttə bəlli bir məlumatlar öyrənərsiniz ama kursda, müəllimlə və sizinlə eyni yolda irəlləyən insanlarla birlikdə öyrənmək ayrıdır. Əlavə olaraq internetdə, baxmağa ömrünüzün yetməyəcəyi qədər kurslar var. Udemy, YouTube və s. platformalarında pullu və ya pulsuz fərq etmir, əsas məqsəd öyrənməkdir.
3. Kod yazmaq
Bir çox insan bu qismdə çox böyük xəta edir. Məsələn deyək ki YouTube'dən videolara baxırsınız ama kod tərəfində az kod yazırsınız. Bu sizin irəliləyişinizin qarşısını alır. Zəhmət olmasa videolara baxmağı bir kənara qoyub, kod yazın. Kod yazmağı yeni yeni öyrənsəniz belə önəmi yoxdur, kod yazın! Ağlınızda bir proyekt olsun məsələn, onu kodlara çevirməyə çalışın. İnternetdə ağlınızda olan proyekt haqqında araşdırma edin, belə etdikdə videolarda olan məlumatlardan daha çox məlumat öyrəncəksiniz. Xəta etməkdən qorxmayın və sıxılmayın. Xəta edin, xətalarımızın bizlərə ən böyük dərsləri verdiyini unutmayaq :)
4. Git & Github
Git və Github'u öyrənin, deyərdim ki hər bir proqramçının bilməsi mütləqdir. Siz işə girmək isdədikdə sizdən 100% Git və Github haqqında soruşulacağından əmin ola bilərsiniz. Və sizin işlərinizi daha da asanlaşdıracaq, köhnə kodlarınıza baxıb səhvlərinizi düzəldə biləcəksiniz və ya köhnə kodlarınıza baxıb heçnə başa düşməyəcəksiniz :D Buna görədə hətta lazım olsa hər sətirdə rəylərdən istifadə edin. Hansı sətir kodun nə işə yaradığını yazın. Sizi daha da irəli səviyyəyə aparacağından əmin olun.
5. Açıq mənbəli proyektlər
Github üzərindən sahənizə uyğun açıq mənbəli proyektlərə baxın, maraqlı gələni seçib açıq mənbəli proyektlər üzərində işləməyə başlayın, praktika edin bir sözlə. Özünüzü real iş mühitində hiss edəcəksiniz, bu da sizə sabah iş mühitində işləyərkən ekstra rahatlıq qatacaq. Bunu edərək həm açıq mənbəli proyektlərə dəstək olmuş olarsınız həm də öz biliklərinizi ciddi şəkildə artırmış olacaqsınız.
6. Dokumentasiyalar
Hər proqramlaşdırma dilinin öz dokumentasiyası vardır. Onları oxumağa üstünlük göstərin. Çünki dokumentasiyalarda faydalı məlumatlar çoxdur.
7. İnsanlar və kanallar
Bu sahədə olan insanlarla daim ünsiyyət də olun, bu sizin bu yoldan sıxılmamanıza yardım edəcək və ortaq proyektlərdə işləyərək bir birinizdən yeni məlumatlar öyrənə bilərsiniz. Bu sahəyə aid kanallara abunə olun, Telegram və ya YouTube və s. fərq etmir. Unutmayın ki, əgər yeni başlayırsınızsa bu sahədə öyrənəcəyiniz hər bir nöqtə qədər belə olan məlumat bir gün lazım olacaq və digər insanlardan daha çox biləcəksiniz bu da sizin dəyərinizi yüksəldəcək.
Burada qeyd etmək isdəyirəm ki, bunlar tamamilə mənim fikirlərimdir. Bəzi insanlar bunlarla razı olmaya bilər və ya fərqli düşünə bilərlər. Rəy bölməsində fikirlərinizi yazın, fikirlərinizi bizimlə bölüşün! :)