August 26, 2023

Linux'da paket menecerləri 📦

⬞ RPM - Redhat Package Manager

Centos, Redhat, Fedora, Oracle Linux kimi Redhat mənbəli distrolarında istifadə olunan paket meneceridir. RPM'in bir digəri isə Yum'dur. RPM (Redhat Package Manager) Redhat tərəfindən hazırlanmışdır, adının açılışındanda bəlli olur zatən. Hal-hazırda bir çox Linux distorları tərəfindən istifadə olunur. rpm paketi ilə biz ” *.rpm ” uzantılı faylları idarə edə bilərik. Sistemimizə tətbiqlər quraşdıra, silə, yeniləyə və ya məlumat əldə edə bilərik.

Əlavə məlumat: Redhat Fedora üçün dnf paket menecerini hazırlamışdır. Yəni Fedora'ın öz paket meneceri vardır. Lakin dnf rpm üzərinə yığılmışdır ama rpmdən daha yaxşıdır. Çünki rpm sürət baxımından zəifdir.

Websaytı: https://rpm.org

⬞ AppImage

AppImage - Bir fayl, hər yerdə işlətmə imkanı. Flatpak'dan sonra deyərdim ən sevdiyim paket meneceridir. Bir AppImage faylını hər Linux distorsunda aça bilərsiniz. Bu da bizə isdədiyimiz proqramı rahat şəkildə işlətdiyimiz distroya yükləməyə imkan verir.

Websaytı: https://appimage.org

⬞ Flatpak

Bunun haqqında daha öncə çox geniş bir məqalə yazmışam.

Buradan oxuya bilərsiniz: https://teletype.in/@parr00t/flatpak-qurulumu

⬞ Snap

Canonical tərəfindən hazırlanan bir paket meneceridir. Demək olar ki hər Linux distrosunda işləyir. Linux'un app store'si deyirlər😁 Flatpak işlətməyinizi tövsiyə edirəm, çünki snapla yüklənən proqramlar bir neçə saniyə gec açılır ama Flatpak'da belə bir problem yoxdur.

Websaytı: https://snapcraft.io

⬞ Pacman

pacman paket meneceri Arch Linux'un ən fərqli və fərqləndirici xüsusiyyətlərindəndir. pacman istifadəçinin qurduğu və ya müstəqil şəkildə yüklədiyi rəsmi depolardan və ya yerli olanlardan asılı olmayaraq paketlərin asan quraşdırılması, çıxarılması və idarə edilməsini təmin etməkdir.

Websaytı: https://archlinux.org/pacman

⬞ AUR (Arch User Repository)

AUR rəsmi repositorylərin xaricində Arch istifadəçiləri tərəfindən yığılmış bir repository'dir. AUR içərisində pre-compiler edilmiş binary faylları yerinə, paketlərin mənbə kodundan rahatca compile edilməsinə imkan verən PKGBUILD tərifləri vardır. Bu təriflərdən istifadə edərək paketlər mkpkg tərəfindən asanlıqla tərtib edilir və pacman tərəfindən yüklənir. (mkpkg pacmanın bir hissəsidir)

Websaytı: https://aur.archlinux.org/